Yuxarı

Doğu Perinçək “soyqırım” çəkişməsində - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) qondarma erməni soyqırımını inkar edən türk siyasətçinin apellyasiyasına baxır.

Axar.az xəbər verir ki, Türk İşçilər Partiyasının sədri Doğu Perinçək 2005-ci ildə, İsveçrədə, erməni soyqırımını "beynəlxalq yalan" adlandırıb.

Tanınmış insan haqları müdafiəçisi Amal Kluni məhkəmə prosesində üçüncü tərəf sayılan Ermənistanı təmsil edir.

Britaniyanın" Teleqraf" qəzetinin müxbiri Bruno Vaterfild məhkəmədə iştirak edib. Məhkəmə zalında çoxsaylı fotoqrafçıların olduğunu şərh edən jurnalist yazıb:

"Söz azadlığı ciddi məsələdir, lakin AİHM media sirki ulduz Amal Kluni üçün buradadır. O, həm də vəkildir".
Ötən il Hollivud ulduzu Corc Kluni ilə evlənən xanım vəkil beynəlxalq populyarlıq qazanıb. Hazırda gedən məhkəmə işi Fransanın Strasburq şəhərində yerləşən AİHM-də keçirilir.

Doğu Perinçək 2005-ci ildə erməni soyqırımını ictimai şəkildə inkar edəndən sonra "İsveçrə-Ermənistan" assosiasiyası ona qarşı məhkəmə işi qaldırıb. 2007-ci ildə cənab Perinçək irqi diskriminasiyada təqsirli bilinib.
2014-cü ildə İsveçrə hökuməti məsələni məhkəmənin Böyük Palatasına yönəldib və hazırda bu apellyasiya şikayətinə baxılır.

Tarix
2015.01.29 / 00:57
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla