Yuxarı

Putin ABŞ astronavtını təltif etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin ABŞ astronavtı Nik Heyqi “İgidlik” ordeni ilə təltif edib.

Azərtac xəbər verir ki, amerikalı astronavta mükafatı “Roskosmos” dövlət korporasiyasının baş direktoru Dmitri Roqozin təqdim edib.

Nik Heyq Rusiyanın bu yüksək ordeninə Baykonur kosmodromunda yaranmış qəzalı vəziyyət zamanı xidməti vəzifəsini yerinə yetirərkən həyatını riskə ataraq göstərdiyi igidliyə və peşəkarlığa görə layiq görülüb.

Xatırladaq ki, 2018-ci il oktyabrın 11-də Baykonur kosmodromunda start götürən və “Soyuz-MS-10” kosmik gəmisini Beynəlxalq Kosmik Stansiyaya çatdırmalı olan “Soyuz-FQ” raketdaşıyıcısı qəzaya uğramışdı. Həmin kosmik gəminin göyərtəsində olan rusiyalı kosmonavt Aleksey Ovçinin və amerikalı astronavt Nik Heyq raketin qəza xilasetmə sistemi sayəsində Qazaxıstan çölündə uğurlu eniş etmiş və 2019-cu ili martına yenidən kosmosa göndərilmişdilər.

Qəza ilə bağlı yaradılan dövlət komissiyasının rəyinə görə, insident raketin birinci və ikinci pillələrinin ayrılması zamanı güclü zərbənin nəticəsində baş verib. Həmin vaxt zərbəyə məruz qalan yan bloklardan biri sıradan çıxıb və sistem raketin Baykonurda yığılmış ötürücüsünün əyilməsi nəticəsində işləməyib.

Rusiyalı kosmonavt Aleksey Ovçinin və amerikalı astronavt Nik Heyq oktyabrın 3-də Yerə qayıdıblar.

Tarix
2019.12.02 / 15:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla