Yuxarı

Rejissor türk torpağında Rusiya vəhşiliyindən danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rejissor türk torpağında Rusiya vəhşiliyindən danışdı

"Krımda yerli insanların, fərqli düşünənlərin üzərinə daimi pressinq tətbiq edilir".

Axar.az xəbər verir ki, bu sözləri "Obozrevatel.com" saytına müsahibəsində əslən tatar olan ukraynalı rejissor və aparıcı Axtem Seytablayev söyləyib:

O, Krımdan Rusiyanın hakimiyyətini qəbul etməyən insanların qovulduğunu bildirib:

"Təxminən srağagün bir Krım tatar ailəsini Çonqarda "Kamaz"a yükləyib Ukraynaya göndərdilər. Nəyə görə? Sadəcə onların evində divardan asılmış Ukrayna bayrağı tapılmışdı. Bu, nə deməkdir axı? 38-39-cu illərdir? İnsan sadəcə olaraq öz evində Ukrayna bayrağı asır. İnsanların, xüsusən gənclərin yoxa çıxması halları artıb. Sonradan onlar ölü tapılırlar. Nəyə görə? Sadəcə, onlar mövcud sistemə qarşı nə isə söz demişdilər. Heç bir anlıq olsa da, təsəvvür edirsinizmi ki, neçə ananın gözləri yaşlı qalıb? Biz hamımız canlı insanlarıq və Krımda insanların bu vəziyyətdə yaşadığını bilə-bilə ağrılar çəkməyə bilmərik. Biz tatarlara son 50 ildə ilk dəfə deportasiyada ölən soydaşlarımızın ruhuna namaz qılmağa, dualar oxumağa icazə vermədilər. Təsəvvür edirsinizmi bu nə deməkdir? Sovet dövrünü yaxşı xatırlayıram. Bizə bu şeylərə qadağa qoyulmamışdı. İnsanlar Simferopolda, Beloqorskda kompakt şəkildə toplaşanda hərbi vertolyotlar buraxılırdı ki, dualar səslənməsin və ümumiyyətlə, eşidilməsin. Krım uzun müddət kommunizmin qoruğu olub. İndi də qan ağlayır".

Tarix
2015.02.05 / 01:11
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İran “geri çəkilmədi”, amma tələbi yerinə yetirdi

İlham Əliyev və Ərdoğan görüşdü

Sülh sazişinin ratifikasiyası üzərində işləyirik - Kostanyan

Yeni regional təhlükəsizlik arxitekturası qurulur - Hacıyev

Türkiyə bizə bu formata qoşulmağı təklif etdi - Simonyan

Azərbaycanla yeni müharibə xəbərdarlığı edildi

Prezident və xanımı Antalyada mühüm tədbirdə...

Bu nazirlikdə kollegiya iclası keçirildi

Türkiyədə şagird hücumları: Psixoloqlar çağırış etdi - Təhlükə

Azərbaycanla koordinasiyalı şəkildə... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla