Yuxarı

Bu şirkətlər 420 milyard qazanc əldə etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şirkətlər 420 milyard qazanc əldə etdi

2018-ci ildə müdafiə sənayesi şirkətləri silah satışından 420 milyard dollar qazanc əldə ediblər.

Report xəbər verir ki, bu barədə Stokholmun Dünya problemlərini araşdıran Beynəlxalq İnstitutunun (SİRPİ) yayılan növbəti hesabatında bildirilib.

Qeyd olunub ki, bu da 2017-ci ilə nisbətən 4.6% artım deməkdir. 2002-ci ildən bəri silah satışı və göstərilən hərbi xidmətlərin həcmi 2018-ci ildə 47 faiz artıb. 100 istehsalçıdan 80-i ABŞ, Avropa və Rusiyada yerləşir.

İlk dəfə olaraq reytinqdə ilk beş yeri yalnız Amerika şirkətləri tutub: Lockheed Martin, Boeing, Northrop Grumman, Raytheon и General Dynamics. Onların qazancı 148 milyard dollar təşkil edib.

Rusiya şirkətlərinə gəldikdə, onların silah satışından əldə etdikləri gəlir 2017-ci illə müqayisədə 0,4% azalaraq 36,2 milyard dollar təşkil edib.

27 Avropa şirkəti 2018-ci ildə silah satışlarını cüzi artıraraq 102 milyard dollar qazanc əldə edib. Burada Böyük Britaniyanın payı çoxdur. Belə ki, bu ölkənin şirkətləri silah satmaqla 35.1 milyard dollar vəsait əldə ediblər.

Ötən il silah, sursat və hərbi vasitələrin satışından Fransa şirkətləri 23.2 milyard, İsrail şirkətləri 8.7 milyard, Hindistan şirkətləri 5.9 milyard, Cənubi Koreyada yerləşən üç şirkət 5,2 milyard, Türkiyə şikətləri isə 2,8 milyard dollar gəlir əldə edib.

Tarix
2019.12.10 / 01:51
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

Bu halda İcəvanın yarısını itirəcəkdik

Azərbaycana qarşı hər hansı təxribatlar olarsa... - Deputat

Azərbaycandan Ermənistana buğda və gübrə göndərildi

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

Bu ölkələrin XİN-ləri Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla