Yuxarı

180 şirkət iqlim dəyişikliyi ilə mübarizəyə qoşulur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
180 şirkət iqlim dəyişikliyi ilə mübarizəyə qoşulur

Təqribən 6 milyon nəfərin çalışdığı və qərargahları 36 ölkədə yerləşən 180-ə yaxın şirkət iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə tullantıların miqdarını kəskin şəkildə azaltmaq niyyətlərini ifadə ediblər.

Axar.az xəbər verir ki, müvafiq qərar Madriddə BMT-nin İqlim üzrə Konfransında (COP25) səsləndirilib.

Kampaniya çərçivəsində daha 177 şirkət əsrimizin sonuna qədər temperaturun sənaye inqilabından əvvəlki dövrlə müqayisədə 1,5 dərəcədən artıq yüksəlməsinə imkan verməyəcəklərini və 2050-ci ilə qədər karbon qazı tullantılarının miqdarını sıfıra endirəcəklərini öhdələrinə götürüb.

36 sahəni təmsil edən bu şirkətlərin əməkdaşlarının ümumi sayı 5,8 milyon nəfər, ümumi bazar kapitalı isə 2,8 trilyon dollar təşkil edir. Hazırda bu şirkətlərin karbon qazı tullantılarının illik miqdarı Fransanın illik tullantılarına bərabərdir.

Qeyd edək ki, BMT-nin iqlim dəyişikliyi üzrə çərçivə konvensiyası Çilinin sədrliyi ilə 2-13 dekabr tarixlərində Madriddə keçirilir. Konvensiyada 200-ə yaxın ölkə nümayəndəsi iştirak edir ki, onların arasında dövlət və hakimiyyət rəhbərləri, nazirlər, iş adamları, ictimai təşkilatların nümayəndələri, ekofəallar vardır.

Tarix
2019.12.11 / 11:25
Müəllif
Vüsal Cəfərov
Digər xəbərlər

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla