Yuxarı

Yaponiya və Rusiya sülh müqaviləsi imzalayacaq - Vəd

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaponiya və Rusiya sülh müqaviləsi imzalayacaq - Vəd

Yaponiyanın Baş naziri Şinzo Abe Rusiya ilə ərazi mübahisəsinin həll olunacağını və sülh müqaviləsinin imzalanacağını vəd edib.

AzərTac xəbər verir ki, hər il fevralın 7-də qeyd edilən Şimal Əraziləri Günü ilə bağlı tədbirdən sonra jurnalistlərlə görüşən Şinzo Abe deyib: "Yaponiya və Rusiya arasında hələ də sülh müqaviləsinin imzalanmaması normal hal deyil. Mən bu istiqamətdə hökumətin həmin problemlə əlaqədar siyasi xəttinə əsaslanaraq gərgin işi davam etdirməyi düşünürəm. Çalışacağam ki, Rusiya ilə sülh müqaviləsini imzalayaq".

Fevralın 7-də Tokioda keçirilən Şimal torpaqlarının qaytarılması naminə ümummilli qurultayda çıxış edən Baş nazir bildirib ki, vaxtilə həmin torpaqlarda yaşamış insanlar artıq çox qocalıblar və buna görə də o, məsələnin ən qısa zamanda həlli üçün var qüvvəsini sərf edəcək.

Yaponiya və Rusiya 1855-ci il fevralın 7-də ticarət və sərhədlər haqda Simod traktatını imzalamışdılar. Yaponiya tərəfi iki ölkə arasında həmin sənədlə təsdiqlənmiş sərhədlərin bərpa edilməsinə çağırır. Rəsmi Moskva isə bildirir ki, Cənubi Kuril adaları II Dünya müharibəsinin nəticəsi olaraq SSRİ-nin tərkibinə daxil edilib. Rusiya beynəlxalq-hüquq normalarına müvafiq olaraq həmin ərazilər üzərində suverenliyə malikdir və bu, heç kimdə şübhə doğurmamalıdır.

Tarix
2015.02.07 / 19:37
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirlik Azərbaycandakı İran vətəndaşlarına müraciət etdi

Bu, gələcək nəsillərə ünvanlanan tarixi mesajdır - Deputat

İsrail İranı, İran qonşularını, Pakistan isə... - Nələr olur?

ABŞ-ın İrana qarşı keçirdiyi əməliyyatın adı... - Foto

Efiopiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Rəsmi Bakıdan xəbərdarlıq: Bu ölkəyə getməyin!

İranda olan Azərbaycan vətəndaşlarına çağırış

Netanyahu İrana qarşı hücumun adını dəyişdirdi

Bayram Beqay Azərbaycana gəlir

PA rəhbəri COP32 prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla