Yuxarı

Berlin zirvəsi sona çatdı: “Böhran həll olunmasa…”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Berlin zirvəsi sona çatdı: “Böhran həll olunmasa…”

Ukrayna böhranının həlli istiqamətində sabah Minskdə təşkil olunacaq zirvə üçün bu gün keçirilən Berlin hazırlığı başa çatıb.

Axar.az xəbər verir ki, Rusiya, Ukrayna, Almaniya və Fransa liderlərinin iştirak edəcəyi zirvədən öncə bu ölkələrin xarici işlər nazirləri bir araya gəlib.

8 saat davam edən toplantının məhsuldar keçdiyi bildirilib.

Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik görüşlə bağlı jurnalistlərə verdiyi açıqlamasında müzakirələrin çətin keçdiyini deyib:

"Berlində 8 saat davam edən çətin görüş sona çatdı. Minskdə liderlər səviyyəsində Normandiya formatında keçiriləcək danışıqlar üçün bəzi konkret nəticələr əldə edildi".

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Yevhen Perebinis də ümidli danışıb. Qurum rəsmisi Minsk zirvəsi üçün optimist olduqlarını, ancaq ən pis ssenariyə də hazır olduqlarını dilə gətirib:

"Minsk zirvəsində nəticə əldə edilməsə, Qərb ölkələrinin reaksiyası çox sərt olacaq. Avropa Birliyi əlavə sanksiyaların tətbiq olunmasını gələn həftəyə saxlayıb. Bundan başqa, Obama da Kiyevə ölümcül silah göndərilməsi ilə bağlı qərarını Minsk zirvəsindən sonra edəcək".

Tarix
2015.02.10 / 16:12
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Liderlərin Çolpon-Ata şəhərində qeyri-rəsmi görüşü keçirilir

Prezident və xanımının şərəfinə dövlət ziyafəti verildi

Prezidentlərin iştirakı ilə iclas keçirildi - Foto

İlham Əliyev qırğız həmkarını Azərbaycana dəvət etdi

Ölkələr arasında imzalanmış sənədlər mübadilə edildi

Japarov Nizami Gəncəvidən sitat gətirdi

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər

İlham Əliyev "Manas" ordeni ilə təltif edildi

Prezident buna görə Qırğızıstana təşəkkür etdi

İlham Əliyevin Japarovla təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla