Yuxarı

Sərxoş sərnişin təyyarəni məcburi endirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərxoş sərnişin təyyarəni məcburi endirdi

Krakovdan İrlandiyanın Şannon şəhərinə uçan təyyarə Almaniyanın Berlin-Şyonefeld hava limanına gözlənilməz eniş edib.

Axar.az xəbər verir ki, təyyarənin məcburi enişinə səbəb sərxoş vəziyyətdə bir sərnişinin onda partlayıcı qurğu olmasını bildirməsi olub. Sərnişin bir neçə dəfə hədə-qorxu gəldikdən sonra təyyarənin heyəti Berlində enmək qərarına gəlib.

Təhlükəsizlik üçün təyyarə hava limanı binasından və digər təyyarələrdən bir qədər kənarda eniş edib. Polis əməkdaşları sərxoş sərnişini yerli polis bölməsinə aparıblar. Bölmədə testdən keçirilərkən məlum olub ki, onun qanında alkoqolun miqdarı həddindən artıqdır.

Digər sərnişinlər zəruri təhlükəsizlik tədbirlərindən sonra yenidən təyyarənin bortuna qalxıblar.

Polis əməkdaşları bildiriblər ki, asayiş pozuntusuna yol verən sərnişin məsuliyyətə cəlb olunacaq.

Tarix
2015.02.11 / 00:46
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla