Yuxarı

Böyük erməni layihəsi çökür - Hollivud

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Böyük erməni layihəsi çökür - Hollivud

Ötən ilin sentyabr ayında möhtəşəm toy ilə ailə quran dünyanın ən məşhur cütlüklərindən biri ayrılığın astanasına gəlib.

ANS-in məlumatına görə, Corc Kluni ilə vəkil Amal Alamuddin cütlüyünün arasının elə də yaxşı olmadığı iddia edilir. Livan əsilli beynəlxalq statuslu vəkil olan Amal kinoulduz ərindən 200 milyon dollar ala biləcəyi bildirilir.

Qərb mətbuatının yazdığına görə, 4 aylıq evlilik cütlüyün fərqli həyat tərzi keçirməsi səbəbilə dağılır. Daha bir ziddiyyətli səbəb isə yaraşıqlı aktyorun Amalın ana olmasına qarşı çıxmasıdır. Bu və ya müxtəlif səbəblərdən Corc Kluni ilə Amal Alamuddin arasında tez-tez mübahisələr yaşandığı bildirilir.
Guya Amal Hollivudda nifrət edir və ərinin məşhur dostlarından aralı gəzir.

Bu məşhur cütlüyün dəbdəbəli şəkildə evlənməsindən çox qısa müddətdən sonra boşanma xəbərləri çoxlarını təəccübləndirsə də, bunun hansısa layihənin planlı şəkildə inkişafının bir hissəsi olduğunu düşünənlər də az deyil.

Ermənipərəst hüquqşünasın məhz qondarma erməni soyqırımının 100 illiyi öncəsi erməni lobbisi tərəfindən hazırlanmış bir layihə olduğu istisna edilmir. Axı "erməni soyqırımını" dünyaya sırımaq üçün məşhur simadan istifadə etmək lazım idi. Düzdür, ermənilərin Kim Kardaşyan kimi pornoulduzu var, amma daha mötəbər bir ada ehtiyac duyulurdu. Bu ad Amal Alamuddin oldu. Hətta Amal Alamuddinin Livan ermənilərindən, yəni erməni əsilli olduğu da iddia edilir. Bir sözlə, hadisələrin gedişatı bu şübhələrin həqiqətə daha yaxın olduğuna işarədir.

Livanın paytaxtı Beyrutda doğulan 37 yaşlı Amal 53 yaşlı Corca ərə gedəndə, hər halda hansı addımı atdığını bilirdi. Dünya mediasının işıqlandırdığı təmtəraqlı toy xəbərləri və Amal Alamuddin adlı vəkilin beynəlxalq arenaya tanıdılması hər halda təsadüfi deyildi. Corc Kluni özü də bu izdivaca qol çəkərkən hər halda nə etdiyinin fərqində idi. Amma biz indi Amalın üzərində dayanacağıq. Çünki boşanmaq istəyən odur və həmin bu Amal Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) Avropa məhkəməsində "erməni soyqırımını" müdafiəsinə qalxacaq. Bəli, məhz Amal qondarma soyqırımının tanıdılması üçün Ermənistanın hüquqlarını müdafiə edəcək. Bu xanımın dünyanı idarə edən nəhəng qüvvələrə xidmət göstərdiyini sübut etmək çox asandır. Bu xanım ermənilərdən əvvəl "Wikileaks"ın qurucusu Culiyan Assanc və Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun vəkilliyini etmişdi.

"Erməni soyqırımı beynəlxalq yalandır" sözləri ilə İsveçrədə cəzalandılıran Türkiyə Fəhlə Partiyasının (İP) sədri Doğu Perinçək İsveçrədə təzminat cəzasına məhkum edilməsindən sonra, 2008-ci ildə məsələni Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) qədər çıxarıb və onun İsveçrə əleyhinə qaldırdığı şikayəti təmin edilib. Bu məsələ qondarma soyqırımın 100 illiyi ərəfəsində yenidən gündəmə gətirilərək, üçüncü tərəf kimi Ermənistanın da iştirakı qeydə alınıb. Prosesdə üçüncü tərəf olaraq adıçəkilən Ermənistanı məhz Amal Alamuddin təmsil edəcək.

Tarix
2015.02.12 / 13:40
Müəllif
Axar.az
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla