Yuxarı

İranın vurduğu təyyarədə 4 azərbaycanlı olub - Şok detal

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın vurduğu təyyarədə 4 azərbaycanlı olub - Şok detal

Ötən günlərdə Tehranda SEPAH tərəfindən raketlə vurulan Ukraynaya məxsus “Boinq 737-800” tipli sərnişin təyyarəsində həlak olanlardan 4-ü Güney Azərbaycanın Xoy şəhərindən olub.

Axar.az Günaz TV-yə istinadən xəbər verir ki, Xoy əhalisi sosial şəbəkələrdə çağırış mətni yayaraq ,günahsız yerlilərinin təyyarədə həlak olması ilə bağlı etiraz yığıncağı keçirəcəklərini bildiriblər.

Mətndə bildirilir:

“Boinq" sərnişin təyyarəsinin SEPAH-ın özbaşına əməkdaşları tərəfindən birbaşa vurulması faciəsində dörd yerlimiz həlak olub. Bunun üçün bazar ertəsi günü yerli vaxtla saat 17:00-da Xoy şəhərinin mərkəzinə toplaşaraq dinc etiraz aksiyası keçirərək, faciəni yaradanlar və yalançı şəxslərin məhkəmə qarşısına çıxarılmasını tələb edəcəyik. Bundan əlavə təyyarə faciəsi qurbanlarının xatirəsinə şamlar yandırılacaq”.

Xatırladaq ki, yanvarın 8-də Tehranın Xomeyni Beynəlxalq Hava Limanından qalxaraq Kiyev şəhərinə istiqamət götürən Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boinq-737 tipli sərnişin təyyarəsi İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən vurulub. Nəticədə təyyarədə olan 9 nəfər heyət üzvü və əksəriyyəti İran və Kanada vətəndaşlarından ibarət 167 sərnişin həlak olub. Bu faciə İran və Güney Azərbaycan şəhərlərində geniş etiraz aksiyalarına yol açıb.

Tarix
2020.01.13 / 19:00
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla