Yuxarı

Dəhşətli virusa yoluxanların sayı minə yaxınlaşır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dəhşətli virusa yoluxanların sayı minə yaxınlaşır

Çində aşkarlanan koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı dünya üzrə 913 nəfərə çatıb. Onlardan 897-si və ölüm hallarının hamısı (26) Çində qeydə alınıb.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, virusa ən çox yoluxma və ölüm halları virusun aşkarlandığı Xubey vilayətində (549 nəfər yoluxma, 24 ölüm halı) baş verib. İndiyədək 35 nəfərin müalicədən sonra vəziyyətinin yaxşılaşdığı və xəstəxananı tərk etdiyi bildirilir.

Çinin materik hissəsindən başqa, Tayvan adasında, Honkonq və Makao xüsusi inzibati bölgələrində, xaricdə isə Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ-da da virusa yoluxma halları təsdiqlənib.

Xubey vilayəti ilə yanaşı, Pekin, Şanxay, Çunçin, Tiencin şəhərlərində, habelə Cıcian, Quandun, Xunan, Ahnuy, Siçuan, Ciansi, Yünnan və Quycou vilayətlərində 1-ci səviyyədə fövqəladə hazırlıq vəziyyəti elan olunub.

Çin ordusunun həkimlər qrupu koronavirusun səbəb olduğu sətəlcəmin yayılmasına qarşı mübarizə tədbirləri üçün hazır vəziyyətə gətirib. Yayılan məlumatlara görə, artıq hərbi həkim briqadası virusun episentri olan Uxan şəhərinə yola salınıb.

Bundan başqa, Çinin bir neçə şəhərindən həkim briqadaları Uxana ezam olunublar. Şanxaydan 405, Quandun vilayətindən isə 205 tibb işçisinin Uxanda sətəlcəmlə mübarizəyə cəlb olunması qərara alınıb.

Tarix
2020.01.24 / 21:35
Müəllif
Axar.az
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla