Yuxarı

Yanğın və seldən sonra Avstraliyada daha bir təhlükə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yanğın və seldən sonra Avstraliyada daha bir təhlükə

Təxminən 4 aya yaxındır dəhşətli və qarşısıalınmaz meşə yanğınları ilə mübarizə aparan Avstraliya daha bir faciənin astanasındadır.

Axar.az xəbər verir ki, indi də Avstraliyanın hökumət orqanları Viktoriya ştatında Çindən yayılan yeni koronavirusa yoluxma ilə bağlı ilk halın qeydə alınması barədə bəyanat yayıb.

Bununla əlaqədar təcili mətbuat konfransı keçirən Viktoriya ştatının Səhiyyə naziri Cenni Mikados bəyan edib ki, virusun daşıyıcısı 50 yaşlarında Çin vətəndaşı xəstəliyin simptomları aşkar edilməmişdən əvvəl Uhan şəhərində olub. Onun Viktoriya ştatının mərkəzi Melburna ötən həftənin bazar günü gəldiyi və hazırda xəstəxanaya yerləşdirildiyi qeyd edilir.

Nazir qeyd edib ki, bundan başqa, hələlik Avstraliyada bu ölümcül virusa yoluxma halı qeydə alınmayıb:

“Virus aşkarlanan xəstə təcrid edilərək müalicəyə cəlb olunub və hazırkı mərhələdə biz bu xəstəliyə yoluxmuş başqa şübhəli şəxs aşkarlamamışıq”.

Xatırladaq ki, 4 aya yaxındır Avstraliya dəhşətli meşə yanğınları ilə mübarizə aparır. Bu yanğınlar nəticəsində milyonlarla ağac məhv olub, yüzminlərlə heyvan yanıb.

Yanğınların ardınca hadisəyə səbəb kimi ölkənin su ehtiyatını əhəmiyyətli dərəcədə azaltdığı iddiası ilə Avstraliya hökuməti 10 min dəvənin öldürülməsinə qərar vermiş və xüsusi nişanlanmış dəvələr vertolyotdan atəşlə öldürülmüşdü.

Tarix
2020.01.25 / 14:46
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla