Yuxarı

Bu Avropa ölkəsi də vətəndaşlarını Çindən təxliyə edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu Avropa ölkəsi də vətəndaşlarını Çindən təxliyə edir

İspaniya Səhiyyə Nazirliyi ölkənin 20 vətəndaşının Uhandan təxliyə edilməsi planını hazırlayır.

Axa.az xəbər verir ki, bunu İspaniyanın Xarici İşlər naziri Arança Qonsales Laya bu gün səhər Tvitter səhifəsində bildirib.

O qeyd edib ki, başçılıq etdiyi departament “2019-nkov” koronovirus ocağının episentrində olan İspaniya vətəndaşlarını təxliyə etmək üçün Səhiyyə Nazirliyi, İspaniyanın Pekindəki konsulluğu, habelə Çinin və Avropanın hakimiyyət orqanları ilə əməkdaşlıq edir.

İspaniyanın Səhiyyə naziri Salvador İlya qeyd edib ki, İspaniya vətəndaşları vətənə gələn kimi zəruri müalicə ilə təmin olunacaqlar. O diqqətə çatdırıb ki, İspaniyada koronovirusa yoluxma faktı qeydə alınmayıb və onun ölkəsinin səhiyyə sistemi bu virusa çevik reaksiya vəziyyətinə gətirilib.

Fransa, Almaniya, ABŞ və Yaponiya da elan ediblər ki, yaxın günlərdə vətəndaşlarını Uxandan təxliyə edəcəklər.

Yanvarın 27-də 80 adam koronovirusun qurbanı olub, bu virusa yoluxanların sayı isə 2762 nəfərə çatıb. Bu da 24 saat əvvəl olduğundan 800 nəfər çoxdur. 30 000-dən çox insan müşahidə altındadır. Onların 5794-ü virus patogeninə yoluxmaqda şübhəli bilinir.

Honkonqlu tədqiqatçılar yanvarın 27-də bildiriblər ki, riyazi modellərə əsasən, “2019-nkov” koronovirusuna yeni yoluxma hallarının sayı artıq 40 mini ötüb. Buna görə də Çin hökuməti əhalinin yerdəyişməsini məhdudlaşdırmaq üçün sərt tədbirlər görməlidir.

Tarix
2020.01.27 / 19:09
Müəllif
Axar.az
Digər xəbərlər

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla