İldə 5%-ə qədər inflyasiyanın mövcudluğu milli
iqtisadiyyatı stimullaşdırır və fəallaşdırır.
Bu barədə Report-a iqtisadçı ekspert, Azərbaycanın iqtisadiyyat
nazirinin keçmiş müavini Oqtay Haqverdiyev bildirib.
"Ötən ilin sonunda Azərbaycan Mərkəzi Bankı (AMB) 2015-ci il
üçün planları, o cümlədən pul-kredit siyasətinin istiqamətləri
haqqında açıqlama verib. Həmin açıqlamada aydın qeyd olunub ki,
milli valyuta məzənnəsinin sabitliyi 2015-ci ildə də davam
etdiriləcək", - ekspert vurğulayıb.
O qeyd edib ki, AMB manatın məzənnəsini dolların mövqeyindən
asılı olaraq son zamana qədər tənzimləyib: "Lakin bunun üçün
Mərkəzi Bank valyuta müdaxilələri aparmalı və bir sıra digər
tədbirlər görməlidir. İl ərzində Mərkəz Bank manatın məzənnəsini
sabit saxlamaq üçün 1,5-2 mlrd. dollar həcmində maliyyə müdaxiləsi
etmək məcburiyyətində olub".
O.Haqverdiyev qeyd edib ki, son zamanlar avronun dollara qarşı
məzənnəsi düşməyə başlayıb: "Bizim ticarətimiz avro ilə bağlıdır,
yəni biz neft və qazı Avropaya avro ilə satırıq. Əgər avronun
dollara qarşı məzənnəsi düşməyə başlayırsa, o zaman o manata qarşı
da düşməyə başlayır, çünki biz milli valyutanın məzənnəsini dollar
vasitəsilə tənzimləyirik. Azərbaycan bu halda itkilərə
qarşılaşır".
Sabiq nazir müavini Mərkəzi Bankın bu məzənnələrin
müəyyənləşdirilməsi siyasətində bivalyuta səbəti mexanizmin tətbiq
edilməsinə dair son qərarına müsbət yanaşdığını deyib: "Lakin
manatın məzənnəsi dollardan aşağı olmayacaq. Hətta düşünürəm ki,
məzənnə olduğu kimi qalacaq. Amma bundan sonra avronun manata qarşı
məzənnəsi artacaq", - ekspert vurğulayıb.
O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin son çıxışını
xatırladıb. Çıxışı zaman dövlət başçısı qeyd edib ki, manatın
avroya qarşı məzənnəsi bərabər olmalıdır: "Hazırda AMB məhz bu
məsələnin həlli ilə məşğuldur".
Bu məsələ ətrafında yaranan ajiotaj və nağd dollarların anidən
alınması mövzusuna toxunan iqtisadçı vurğulayıb ki, bu vəziyyət
əhalinin özünə ziyan vurur: "İnsanlar özlərini xoşagəlməz vəziyyətə
salırlar bu səbəbdən də, indi hər kəs manatı təhvil verib dollar
almağa başlayacaq, bunun nəticəsində manatın kütləsi artacaq və
onun alıcılıq qabiliyyəti düşəcək, bu da öz növbəsində
inflyasiyanın artması deməkdir", - O.Haqverdiyev bildirib.
"Mütəxəssislər televiziya, mətbuatda çıxış etməli və AMB
rəhbərinin nəyi nəzərdə tutduğunu izah etməlidilər. Yəni bildirmək
lazımdır ki, manatın dollara qarşı məzənnəsinin dəyişikliyi yox,
manatın avroya qarşı məzənnəsinin tənzimlənməsi baş verir", -
iqtisadçı deyib.
Valyuta məzənnələri ilə bağlı islahatların həyata keçirilməsi
nəticəsində inflyasiyanın artması mövzusuna toxunan O.Haqverdiyev
vurğulayıb ki, inflyasiyanın 5%-ə qədər artmasının düzgün yol
olması haqqında yazılmamış qaydalar var: "Bu hətta iqtisadiyyatın
aktivliyi üçün lazımdır. İnflyasiya ilə mübarizə predmeti yaranır,
bu isə iqtisadiyyatı stimullaşdıran amillərdəndir".
Onun sözlərinə görə, inflasiya hər zaman olub və dünyada onun
mövcud olmadığı heç bir ölkə yoxdur. "İnflyasiya hətta dünyanın ən
inkişaf etmiş ölkələrində müşahidə olunur, çünki iqtsadiyyatı
balanslaşdırmaq mümkün deyil. İqtisadiyyatı nisbətən
balanslaşdırılan inkişaf etmiş ölkələrdə inflyasiya 0,2-1% təşkil
edir, lakin onun 5 faizdən yuxarı qalxmasına yol vermək olmaz", -
O.Haqverdiyev bildirib.