Yuxarı

İnanlımaz: Ana 3 il əvvəl ölən qızı ilə bu cür görüşdü - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnanlımaz: Ana 3 il əvvəl ölən qızı ilə bu cür görüşdü - Video

Müasir kompüter texnologiyalarının köməyi ilə ölmüş adamı "diriltmək" mümkün olub.

Axar.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Cənubi Koreyada ölmüş bir şəxsin virtual reallıqda canlandırılması üçün inanılmaz təcrübə aparılıb.

Təcrübənin təşəbbüskarları VR texnologiyasından istifadə edərək koreyalı qadının üç il əvvəl vəfat etmiş qızı ilə görüşməsinə imkan yaradıb. Tərtibatçılar görüntünü və hətta qızın səsini inanılmaz dərəcədə və dəqiq şəkildə canlandırmağa nail olub. Layihənin quraşdırılması və dublyajı təxminən səkkiz ay çəkib. Bu işin ərsəyə gəlməsinə qızın video və foto arxivinin xeyli köməyi dəyib. Mütəxəssislər onun davranışını, vərdişlərini və jestlərini diqqətlə araşdırıblar.

Ölən qızı ilə görüşmək üçün qadına virtual reallıq dəbilqəsi və toxunuşu hiss etməyə imkan verən əlcək geyindirilib. Qadının reaksiyalarını müşahidə edərkən (videoya baxın) bu illüziyanın nə qədər qarışıq hisslər doğurduğunu başa düşmək olur.

Beləcə, virtual aləmdə olan koreyalı qadın qızını görə bilib, onunla söhbətləşib, parkda gəzintiyə çıxıb, hətta ad gününü də qeyd edib.

Tarix
2020.02.10 / 22:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Çilini təbrik etdi

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti... - Prezident

BMT sistemi normal fəaliyyət göstərsəydi... - Prezident

“Qərbi Azərbaycan” ritorikası ciddi təhdiddir - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla