Yuxarı

Bu türbə niyə Türkiyə üçün bu qədər önəmlidir? - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu türbə niyə Türkiyə üçün bu qədər önəmlidir? - Foto

Ekspertlər Türkiyə xaricində yeganə ərazisi olan Süleyman Şah türbəsinin niyə bu qədər önəm daşıdığına aydınlıq gətiriblər.

Axar.az Türkiyə mətbuatının dərc etdiyi mətnin bir qismini təqdim edir:

"Süleyman Şah Osmanlı dövlətinin qurucusu Osman qazinin babası olub. 1200-ci ildə monqol istilası zamanı 50 minlik təbəəsi Anadoluya gəlib və Fərat sahilinə yerləşib. Səlib yürüşlərinə qarşı mübarizə aparmaq üçün Fələstinə getmək istəyərkən, Suriyada 1227-ci ildə Fərat çayında boğulub. Süleyman Şah və iki mühafizəçi Türkiyə sərhədindən təqribən 100 km məsafədə yerləşən Caber qalasında dəfn edilib. Türbənin xarici görüntü cəhətdən də Türkiyəyə məxsus olmasına heç bir şübhə yoxdur. 20 oktyabr 1921-ci ildə Türkiyə ilə Fransa arasında imzalanmış Ankara müqaviləsinin 9-cu maddəsinə əsasən, bölgə Türkiyə torpağı hesab edilib və Türkiyəyə türbədə qvardiya saxlamaq və bayraq asmaq hüququ tanınıb. Bu müqavilə Lozanna sülh müqaviləsində də təsdiq edilib. Həmçinin Suriya ilə 5 avqust 1956-cı il tarixli Hələb protokolu imzalanıb. Protokolda iki ölkə arasında bir ixtilafın olmadığı və məzarın mülkiyyətinin Türkiyəyə aid olduğu qeyd edilib. Türbənin yerləşdiyi sahə Türkiyənin sərhədləri xaricində malik olduğu yeganə ərazisidir. Tarixçilərin bildirdiyinə görə, Caber qalasındakı türbəyə həm Osmanlı dövründə, həm də cümhuriyyət zamanında böyük önəm verilib. Bir növ Süleyman Şah Türkiyənin nüfuzunun göstəricisi hesab edilir".

Tarix
2015.02.22 / 13:31
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İstanbulda Baş Konsulluğumuz ciddi mühafizə altında... - Video

Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla