Yuxarı

Türkiyəyə Rusiyadan şok təklif: Suriyada əsas hədəf budur...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Əsəd rejiminə verdiyi dəstəyi dayandırmayacaq, eyni zamanda Türkiyə ilə də açıq qarşıdurmaya girməyəcək. Rusiyanın hədəfi M4 və M5 magistral yollarına nəzarəti ələ keçirməkdir. Bununla Hələb və İdlibi Lazkiya və Dəməşqə bağlamağı planlaşdırırlar”.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu türk politoloq Taha Dağlı deyib.

Ekspert rusiyalı həmkarı Aleksey Xlebnikovun Rusiyanın bu planına dair fikirlərinə də istinad edib:

“Moskva və Dəməşq üçün İdlib çox da önəmli deyil. Suriya və Rusiyanın əsas hədəfi M4 və M5 avtomobil yollarına nəzarəti ələ keçirməkdir. Bu yolları aça bilsələr, Hələb və Dəməşqi bir-birinə bağlaya biləcəklər”.

Taha Dağlının iddiasına görə, Rusiya hər iki yola nəzarəti öz üzərinə götürməklə, İdlibi Türkiyəyə güzəştə getməyə hazırdır:

“Bəllidir ki, ruslar martın 5-də Türkiyə və Rusiya prezidentləri arasında keçiriləcək görüşə qədər bu yolları almaq üçün hücumları davam etdirəcəklər. Moskvanın planı budur ki, masaya bu yolları ələ keçirərək otursun. Sergey Lavrov da bildirdi ki, Moskva Ankara ilə İdliblə bağlı yeni məsələləri müzakirə etməyə hazırlaşır. Qənaətimə görə, belə bir görüş baş tutsa, əsas müzakirə M4 və M5 yolları ətrafında gedəcək”.

Əlavə edək ki, martın 5-də İstanbulda Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin, Angela Merkel və Emmanuel Makronun iştirakı ilə Suriya zirvəsi nəzərdə tutulur. Ancaq ötən gün Kremldən verilən rəsmi açıqlamada Rusiyanın bu zirvəyə hazırlaşmadığı bildirildi.

Tarix
2020.02.26 / 00:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla