Yuxarı

Putin partiyasını ləğv edir: Xalq Cəbhəsi yaradılır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin partiyasını ləğv edir: Xalq Cəbhəsi yaradılır

Rusiyanın hakim Vahid Rusiya Partiyası Ümumrusiya Xalq Cəbhəsi ilə birləşəcək.

Axar.az xəbər verir ki, bu məlumatı “Meduza” öz mənbələrinə istinadən yayıb. Məlumata görə, birləşmədən sonra iqtidar partiyasından sədr yerinə 3 yeni həmsədr vəzifəsi yaradılacaq. Dəyişikliklər 2021-ci ilin parlament seçkisinə qədər gerçəkləşdiriləcək. Tezliklə, hər iki siyasi qurum birləşmiş qurultay keçirəcək, nizamnamə, ad və idarəetmə strukturlarını dəyişəcək.

Kreml bununla iqtidar partiyasının reytinqinin həddən artıq aşağı olması problemindən yaxasını qurtarmağa çalışır.

Sayt 2018-ci ildə keçirilən təqaüd reformlarından 1 il sonrakı müddətdə Vahid Rusiya Partiyasının dəstəyinin 48%-dən 32,7%-ə endiyini bildirib. Vahid Rusiyanın Ümumrusiya Xalq Cəbhəsi ilə birləşməsinin əsas təşəbbüskarının Moskva qubernatorunun keçmiş müavini Mixail Kuznetsov olduğu vurğulanıb.

“Kuznetsov çoxdan Vahid Rusiyanın rebrendinqi ideyasını irəli sürür. Ümumrusiya Xalq Cəbhəsinin İcraiyyə Komitəsinin rəhbəri olduqdan sonra Kuznetsov rebrendinq üçün lobbiçilik etməyə başladı”, - xəbərdə bildirilib.

İki siyasi qurumun birləşməsindən sonra Vahid Rusiya Partiyasının hazırkı sədri olan keçmiş baş nazir Dmitri Medvedyev postunu itirəcək. O, partiyanın yeni strukturunda həmsədr də olmayacaq. Birləşmədən sonra həmsədr vəzifələrinə Rusiya Dumasının keçmiş vitse-spikeri Aleksey Qordeyev, Strateji Təşəbbüslər Agentliyinin baş direktoru Svetlana Çupşeva və gənc siyasətçilərdən biri gətiriləcək.

Qeyd edək ki, Ümumrusiya Xalq Cəbhəsi 2011-ci ildə yaradılıb. Hərəkata Rusiya Prezidenti Vladimir Putin rəhbərlik edir. Ümumilikdə hərəkata 1600-dən çox təşkilat daxildir. Onun əsas ideologiyası milli konservatizm və etatizmdir.

Tarix
2020.02.26 / 10:45
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla