Yuxarı

Kim Çen: Xəstəlik ölkəyə ayaq açarsa...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kim Çen: Xəstəlik ölkəyə ayaq açarsa...

Əgər nəzarətsizlik səbəbindən yoluxucu xəstəlik ölkəyə ayaq açarsa, bu, ciddi nəticələrə əsas olacaq.

Axar.az xəbər verir ki, bunu Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen İn hakim Koreya Fəhlə Partiyasının siyasi bürosunun koronavirus epidemiyası ilə mübarizə və qabaqlayıcı tədbirlərə həsr olunan iclasında deyib. O, partiya və hökumətin hələ əvvəldən koronavirusun ölkədə yayılmasına qarşı gördüyü lazımi işlərin əminlik yaratdığını bildirib.

“Antiepidemiya sistemi çərçivəsində heç bir xüsusi hallara yol verilməməlidir”, - deyən KXDR lideri əlavə edib ki, ölkənin bütün sahələri epidemiya əleyhinə fövqəladə iş üzrə mərkəzi qərargahın komandanlığına və idarəsinə qeyd-şərtsiz tabe olan ciddi nizam-intizam yaratmalıdırlar. O, səlahiyyətli qurumlara və şəxslərə yoluxucu xəstəliyin yol tapa biləcəyi bütün kanalları və sahələri əhatə etməyi, nəzarəti, yoxlamaları və karantini gücləndirməyi tapşırıb.

“Bizim epidemiya əleyhinə həyata keçirdiyimiz tədbirlər xalqın qorunması üçün mühüm dövlət işidir və yalnız xəstəliyin profilaktikası deyil, partiyanın mərkəzi komitəsinin böyük məsuliyyətidir”, -deyə Kim Çen İn bildirib.

Qeyd edək ki, rəsmi məlumatlara əsasən, Şimali Koreyada hələlik yeni koronavirusa (Kovid-19) yoluxma faktı qeydə alınmayıb. Buna baxmayaraq, ölkədə qabaqlayıcı tədbirlər həyata keçirilir. Buraya virusun meydana çıxdığı və ən çox yayıldığı Çin ilə gediş-gəlişin dayandırılması, orta məktəblərdə tətil müddətinin uzadılması, habelə Cənubi Koreya ilə sərhəddə demarkasiya xəttində müvafiq tədbirlərin görülməsi daxildir.

Tarix
2020.03.01 / 01:13
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla