Ermənistanda elektrik paylayışı şirkətlərinin yüz
milyonlarla dollar borcu yaranıb.
ANS press-in məlumatına görə, bu səbəbdən erməni şirkətləri əsas
təchizatçı olan Rusiyanın "İnter RAO EES" şirkətindən yeni kreditlə
enerji ala bilmirlər. Şirkətlər ölkə prezidenti Serj Sərkisyana
müraciət edərək borcların yenidən strukturlaşmasını istəyirlər.
Sanksiyalar üzündən erməni paylayıcı şirkətləri Rusiya banklarından
da kredit götürə bilmirlər.
İndi Ermənistanda elektrik tariflərinin qaldırılması məsələsi
gündəmə gəlib. Qazın bahalaşmasının gündəmdə olmasını da nəzərə
alan əhali ciddi həyəcan qarşısındadır. Məsələ erməni şərhçilərini
də ciddi narahat edir.
"Rusiyanın enerji siyasəti fiaskoya uğrayır, erməni energetikası
onun bir hissəsidir. Ermənistan energetikasını xilas etmək üçün onu
Rusiya sistemindən ayırmaq daha məntiqlidir. Ola bilər ki, bu
məsələ hələ "yetişməyib", amma bu, mütləq partlayış verəcək", -
deyə erməni şərhçi Naira Hayrumyan vurğulayıb.