Yuxarı

Fransa ilk dəfə İŞİD-i vurdu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransa ilk dəfə İŞİD-i vurdu

Fransa təyyarə gəmisi "Şarl de Qol"dan qalxan hərbi təyyarələri bu gün ilk dəfə İŞİD hədəflərini bombalayıb.

Axar.az xəbər verir ki, BFM televiziya kanalı İŞİD hədəflərini vurmaq üçün bu gün dörd ədəd bomba yüklü hərbi təyyarənin gəmidən havaya qalxdığı barədə məlumat yayıb. Hərbi təyyarələrdən biri bombalarının hamısını, digəri isə yarısını İŞİD mövqelərinə atıb, iki təyyarə isə bombalarla gəmiyə geri qayıdıb.

Fransız hərbi təyyarələri daha əvvəl Birləşmiş Ərəb Əmirlikləri və İordaniyadan havaya qalxaraq beynəlxalq koalisiyaya dəstək vermək üçün İŞİD hədəflərini vurub.

Qeyd edək ki, Fransa Prezidenti Fransua Olland "Şarl de Qol" gəmisini bölgəyə göndərəcəklərini hələ keçən ay açıqlamışdı. Fransa İŞİD-ə qarşı ABŞ-ın rəhbərliyi ilə qurulan koalisiyaya ilk dəstək verən ölkələrin arasında iştirak edib.

Tarix
2015.02.26 / 18:55
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla