Yuxarı

Putinlə Ərdoğan 5 saatdır müzakirə aparır... - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinlə Ərdoğan 5 saatdır müzakirə aparır... - Video

14:52

Rusiya və Türkiyə prezidentlərinin görüşünün təkbətək formatda keçirilməsi planlaşdırılır.

Axar.az xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov deyib.

“Buna baxmayaraq, lazım gələrsə, məhdud sayda rəsmi şəxs də görüşdə iştirak edəcək”, – Kreml sözçüsü bildirib.

***

Kremldə prezidentlərin təkbətək görüşü başlayıb.

Putin görüş öncəsi açıqlamasında bildirib ki, İdlibdəki vəziyyət kəskinləşib və bizim birbaşa müdaxilə etməyimizi tələb edir.

“Suriyada həyatını itirən Türkiyə əsgərlərinə görə başsağlığı veririəm. Telefon danışığında da dediyim kimi, heç kim türk hərbçilərinin vurulan bölgədə olduğunu bilmirdi. Təəssüf ki, Suriyanın da itkiləri var. Onlar son vaxtlar çox ciddi itkilər veriblər", – Putin bildirib.

Putin çıxışında Moskvanın Ankara ilə münasibətləri qiymətləndirdiyini deyib.

“Sizinlə bu gün gərginləşən bütün vəziyyəti mütləq müzakirə etməliyik ki, heç nə təkrarlanmasın və Rusiya-Türkiyə münasibətlərinə zərər vurmasın. Mən bilirəm ki, siz də çox diqqətlisiniz, bunu qiymətləndiririk”.

Ərdoğan isə öz növbəsində qəbul edəcəkləri qərarların bölgədə sabitliyə aparacağını ümid etdiyini vurğulayıb:

“Bölgədə ciddi problem mövcuddur. Bu gün burada atacağımız addımlar həm bölgəni, həm də ölkələrimizi rahatladacaq. Türkiyə-Rusiya əlaqələrinin yüksək səviyyədə olduğu dövrü yaşayırıq. İstər müdafiə sənayesində, istərsə də ticarət əlaqələrində əməkdaşlığımız irəliləyib. Və bu əlaqələri daha da inkişaf etdirmək bizim ən başlıca məqsədimizdir. Mən bunun öhdəsindən gələcəyimizə inanıram”.

***

Kremldə Ərdoğanla Putinin təkbətək görüşü artıq 2 saatdır ki, davam edir.

Bu barədə RİA "Novosti" məlumat yayıb.

***

Təkbətək görüş təxminən 3 saat davam edib.

***

3 saatlıq təkbətək görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edir.

Artıq 5 saatdır ki, danışıqlar aparılır.

Tarix
2020.03.05 / 20:28
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Azərbaycan və BMT arasında mühüm müzakirə...

Bakıda Azərbaycan-AB Təhlükəsizlik dialoqu keçirildi

ABŞ və İran razılaşdı - Təcili

Prezident Əminə Məhəmmədi qəbul etdi

Britaniya kralı İlham Əliyevə təbrik ünvanladı

Dünya liderləri İlham Əliyevi təbrik edir

Əminə Məhəmməd Azərbaycana gəldi

Şərifdən Əliyevə: Ərdoğanla birlikdə Azərbaycanda olmaq...

Yeni Kaledoniya məsələsi Fransanın daxili işi deyil - Xaokas

Emmanuel Makron İlham Əliyevə zəng vurdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla