Yuxarı

Koronavirusun yayıldığı şəhərdən şad xəbər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koronavirusun yayıldığı şəhərdən şad xəbər

Çində yeni tip koronavirus (COVID-19) infeksiyası ortaya çıxandan sonra çoxsaylı xəstələrin müalicəsi üçün ölkənin müxtəlif yerlərindən Hubey vilayətinə ezam olunmuş tibb işçilərinin ilk qrupu öz şəhərlərinə qayıdıblar.

Axar.az xəbər verir ki, Çində, o cümlədən COVID-19-un episentri olan Hubeydə xəstələrin böyük hissəsinin sağalmasından sonra artıq tibb işçilərinə ehtiyac azalıb. Bu səbəbdən onların hissə-hissə Hubeydən göndərilməsinə başlanılıb. İlk mərhələdə 3787 tibb işçisi Xubeyi tərk edib.

Hubeyə cəlb olunan tibb işçilərinin əksəriyyəti ilk dəfə epidemik şəraitdə işləməli olublar. Belə demək olarsa, onlar paralel olaraq epidemik şəraitdə fəaliyyət göstərməyi öyrənib, həm də işləyiblər. Sosial şəbəkələrdə epidemiyanın ön cəbhəsi olan Hubey vilayətində tibb işçilərinin gərgin fəaliyyətini, onların fədakarlığına və əzmkarlığını əks etdirən foto və videolar paylaşılıb. Bir neçə tibb işçisi, o cümlədən virusun ortaya çıxdığı günlərdə bu barədə ilk dəfə ictimaiyyəti məlumatlandıran həkim COVID-19-un qurbanı olub.

Hubeydə epidemiya ilə mübarizəyə nəzarət etmək üçün mərkəzi hökumət tərəfindən Hubeyə göndərilmiş xüsusi qrupun rəhbəri, Çin Dövlət Şurası sədrinin (Baş nazir) müavini xanım Sun Çunlan tibb işçilərini müasir dövrün ən təqdirəlayiq adamları kimi səciyyələndirib. Bildirib ki, Hubeyi ən sonda ağır vəziyyətdə olan xəstələri müalicəsi ilə məşğul alan tibb işçiləri tərk edəcək.

Qeyd edək ki, dekabrın sonlarında Hubey vilayətinin inzibati mərkəzi olan Uhan şəhərində dəniz məhsulları, habelə vəhşi heyvan əti və orqanları satılan bazardan yayıldığı güman olunan yeni tip koronavirusa elə ən çox Hubey vilayətində yoluxma və ölüm faktı qeydə alınıb. Çində indiyədək COVID-19-a 81 min 202 yoluxmanın təxminən 50 mini məhz Hubeydə qeydə alınıb. Onların 39 min 220 nəfəri sağalaraq xəstəxananı tərk edib. Ötən müddətdə Çinin müxtəlif yerlərindən təxminən 42 min nəfərlik tibbi heyət Hubeyə cəlb olunmuşdu.

Tarix
2020.03.18 / 20:19
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyanın İrana yardım qatarı Astaraya çatdı - Video

Tokayev TDT ilə bağlı bu sazişi ratifikasiya etdi

Azərbaycanla çox vacib razılığa gəldik

Abbas Arakçı Azərbaycana təşəkkür etdi

İrana quru hücumu sabah başlayır: BƏƏ niyə yardım edir?

İlham Əliyev banqladeşli həmkarını təbrik etdi

"Labubu" oyuncaqları rekord gəlir qazandırdı

Neft-qaz sektorunda azalma baş verdi, əvəzində... - Ekspert

ABŞ və İranın qəbuledilməz şərtləri: kim geri çəkilir?

Yaxın Şərqdə gərginlik: bu layihənin əhəmiyyəti artmaqdadır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla