Yuxarı

Prezidentdən xalqa: Biz birlikdə güclüyük

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentdən xalqa: Biz birlikdə güclüyük

Dövlət tərəfindən görülmüş bütün işlər bir məqsədi güdür ki, biz bu ağır, çətin vəziyyətdən az itkilərlə çıxaq. Ancaq, eyni zamanda, hər bir vətəndaş bilməlidir və Avropanın aparıcı ölkələrinin təcrübəsi göstərir ki, əgər burada hökumətlə vətəndaşlar arasında birlik olmasa, biz bu xəstəliyin acı fəsadlarını yaşamalı olacağıq.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AzTV-yə müsahibəsində koronavirusa qarşı mübarizə tədbirləri barədə danışarkən deyib.

Prezident bildirib ki, biz bu günə qədər həmişə xalq-iqtidar birliyinin hesabına inkişafa nail olmuşuq:

“Bu gün Azərbaycanın əsas təkanverici qüvvəsi xalq-iqtidar birliyidir. Çünki bizim siyasətimiz xalq tərəfindən həmişə dəstəklənib və bu dəstəyi biz bu gün də görürük. Vətəndaşlardan yalnız və yalnız məsuliyyət tələb edirik. Xahiş edirik, məsuliyyətli olun, öz yaxınlarınıza arxa olun, dayaq olun, yaşlı nəslin nümayəndələrinə arxa olun, onları qoruyun, özünüzü qoruyun, uşaqlarınızı qoruyun. Dünən xüsusi karantin rejimi tətbiq edilib, buna əməl edin. Mən əminəm ki, həm milli həmrəylik, həm məsuliyyət, həm də milli birliyimiz bizə imkan verəcək ki, bu xəstəliyə qalib gələk. Biz birlikdə güclüyük”.

Tarix
2020.03.24 / 22:13
Müəllif
Axar.az
Digər xəbərlər

Kral III Msvati Bakıya gəldi

Aleksandr Vuçiç bu gün Bakıya gəlir

Hikmət Hacıyev WUF13-lə bağlı film paylaşdı - Video

Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacam - Paşinyan

Azərbaycanda 4 günlük iş həftəsi... - Detallar

Bakıda forum: Hədəf 8 ölkənin hüdudlarını aşmaqdır - Baş katib

İsrailin Azərbaycan bayrağı yanlışına İranın erməni cavabı

Azərbaycan TDT-ni geosiyasi gücə çevirir...

Şuşada bu evləri 2 minə satırdılar - Erməni bloger

İliyana Yotova Bakıya gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla