Yuxarı

Azərbaycanlıların olduğu düşərgə karantinə alındı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlıların olduğu düşərgə karantinə alındı

Almaniyanın Saksonya-Anhalt əyalətinin Halberstadt şəhərində sığınacaq almaq üçün ölkəyə gəlmiş 850 nəfərin qaldığı düşərgə karantinə alınıb.

Axar.az xəbər verir ki, Halberstadt Polis Təşkilatından Report-a 27 yaşlı şəxsin Halle şəhərindəki yataqxanaya köçürülən zaman koronavirus testi verdiyi və nəticəsinin pozitiv çıxdığı bildirilib. Bundan sonra Halberstadt bələdiyyəsi və şəhər səhiyyə təşkilatı 3 binadan ibarət olan və 850 sığınacaqaxtaranın qaldığı düşərgəni karantin altına alıb.

“Səhər polis əməkdaşları gəlib bütün giriş-çıxışları bağladılar. Daha sonra düşərgə işçilərinə xüsusi geyimlər paylanıldı. Az sonra məlum oldu ki, transfer edilən bir nəfərdə koronavirus tapılıb. Bu səbəbdən qaldığımız düşərgə karantin altına alınıb”, - deyə düşərgədə qalan azərbaycanlılardan biri bildirib.

Onun sözlərinə görə, qaçqın düşərgəsində ondan başqa daha 18 azərbaycanlı var: “Onlardan altısı Azərbaycana deportasiya ediləcəkdi. Koronavirusa görə Almaniya bütün deportasiyaları təxirə saldı”.

Halberstadt Şəhər Səhiyyə İdarəsi isə düşərgə işçilərinin də koronavirusa yoluxa biləcəyini düşünür. Bu səbəbdən işçilər hissə-hissə virus testi üçün şəhər xəstəxanasına aparılacaqlar.

Tarix
2020.03.28 / 14:35
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla