Yuxarı

Türk PUA-ları darmadağın etdi: Haftarın generalı da öldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk PUA-ları darmadağın etdi: Haftarın generalı da öldü

Liviyada marşal Xəlifə Haftara bağlı qüvvələr paytaxt Tripoliyə hücum zamanı ağır itkilər verib.

Axar.az xəbər verir ki, bu barədə “Yeni Akit” nəşri məlumat yayıb.

Bildirilir ki, Sirt şəhərinin qərbindəki Əl-Vaşka bölgəsində bir neçə gündür davam edən döyüşdə ən az 53 terrorçu, o cümlədən yüksək rütbəli zabit öldürülüb.

Tripolinin cənubunda və Raşfananın şərqində də Haftara bağlı 16 əsgər məhv edilib. Yaraqlıların mülki əhalini hədəf almasından sonra Liviya Milli Razılıq Hökumətinə bağlı qüvvələr qurudan hücuma keçib.

Türkiyənin ölkədə olan pilotsuz uçan aparatları (PUA) isə Haftara bağlı əsgərləri və hərbi avtomobilləri havadan bombalayıb. Ölənlər arasında general-mayor Əli Sidi və komandir Saber Əl-Mutahar da var.

Tarix
2020.04.02 / 13:01
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla