Yuxarı

Rusiya vaxtı açıqladı: Peyvəndlərin sınağına başlayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya vaxtı açıqladı: Peyvəndlərin sınağına başlayır

20:57

Rusiyanın Vektor Dövlət Tədqiqat Mərkəzinin direktoru Rinat Maqsudov Rusiyanın Birinci kanalında yayımlanan “Ölümcül virus” filmində COVID-19 infeksiyasına qarşı peyvəndin meymunlar üzərində sınağının başlanmasından danışıb.

Axar.az xəbər verir ki, bundan öncə dərman siçan və gəlinciklər (dələkimilər fəsiləsinə aid heyvan cinsi) üzərində sınaqdan keçirilib. Sınaqlar göstərib ki, bu vaksin koronavirusa qarşı toxunulmazlığı inkişaf etdirmək iqtidarındadır.

Meymunlarla bağlı aparılan sınaq və araşdırmalar aprel ayının sonuna qədər davam edəcək, bundan sonra onlar preklinik sınaq mərhələsinə keçəcəklər.

“Növbəti mərhələ artıq birbaşa insanlar üzərində sınaqların aparılması olacaq”, - Maqsudov deyib.

Onun sözlərinə görə, bu cür sınaqların iyun ayında başlaması ehtimal olunur, lakin bunun üçün vaksinin laboratoriya müayinəsi səviyyəsində göstərilməsi və klinik sınaqların ilk mərhələsinin aparılması üçün Səhiyyə Nazirliyindən icazə alınmalıdır.

Tarix
2020.04.04 / 22:57
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

Prezident Estoniya səfirini qəbul etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı detal

Bayramov Trampın təşkil etdiyi qəbulda iştirak etdi

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla