Yuxarı

Şimalda korona təhlükəsi: Nəzarətsiz mərhələ başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şimalda korona təhlükəsi: Nəzarətsiz mərhələ başladı

Dağıstanda koronavirusun yayılması üçüncü mərhələdən dördüncü nəzarətsiz mərhələyə keçib, bu da öz növbəsində sərt məhdudlaşdırıcı tədbirlər tələb edir.

Axar.az xəbər verir ki, bu açıqlama ilə İstehlakçı hüquqlarının müdafiəsi və vətəndaşların rifahına nəzarət üzrə Federal Xidmətin regional şöbəsinin müdiri Nikolay Pavlov Mahaçqalada görüşü zamanı çıxış edib.

Cümə axşamı sözügedən federal xidmət Dağıstan ərazisində koronavirus infeksiyasına yoluxanların ümumi sayının 15-dən 25-ə yüksəldiyini açıqlamışdı.

"COVID-19 virusu prosesin 3-cü mərhələsindən - idarə olunan kimi xarakterizə olunan mərhələsindən 4-cü – idarə edilə bilməyən mərhələyə keçib. Bu isə virusun ətraf mühitdə, havada, ictimai nəqliyyatda, ictimai yerlərdə - hər yerdə yayıldığını deməyə əsas verir. Artıq xəstələrlə və ya daşıyıcılarla təmasda olmaq deyil, sadəcə, ictimai nəqliyyatdan istifadə etməklə, skamyada oturmaqla bu infeksiyaya tutulmaq mümkündür”, – deyə Pavlov bildirib.

Onun sözlərinə görə, artıq daha sərt məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi və dezinfeksiya işlərinin əhatə dairəsinin genişləndirilməsi labüddür.

Qeyd edək ki, Dağıstan ərazisində karantin rejimi artıq qüvvəyə minib. Vətəndaşlara yemək və ya dərman almaq, zibil atmaq və ev heyvanlarını gəzintiyə çıxarmaq istisna olmaqla, digər səbəblərdən evdən çıxmaq qadağan olunub.

Tarix
2020.04.05 / 10:12
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla