Yuxarı

Yaxşı təklif edilsə, “Patriot” sistemlərini alarıq - Çavuşoğlu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaxşı təklif edilsə, “Patriot” sistemlərini alarıq - Çavuşoğlu

Türkiyəyə yaxşı bir təklif edilsə, “Patriot” sistemlərini almağa hazırdır.

Axar.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Atlantik Şurasının Türk Mədəniyyəti və İrsi Fondu ilə birgə təşkil etdiyi videokonfransda deyib.

XİN rəhbəri bildirib ki, ABŞ-ın 10 il ərzində Ankaranın silah ehtiyaclarını qarşılanmasına biganə yanaşması Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleks sistemlərini alması ilə nəticələndi:

“Gələcəkdə daha çox hava müdafiə sistemlərinə ehtiyacımız olacaq. Əgər müttəfiqlərimiz bizə zenit-raket kompleksi sistemləri satarsa, onlardan alarıq. Söhbət təkcə ABŞ istehsalı “Patriot” sistemlərindən getmir. Digər sistemləri də dəyərləndirə bilərik. Misal üçün SAMP-T sistemləri. Olmasa, alternativ variantlar axtarmağa məcburuq”.

M.Çavuşoğlu qeyd edib ki, S-400 sistemləri ilə bağlı problemin həllinə münasibətləri dəyişməyib:

“ABŞ-a NATO-nun daxil olduğu texniki işçi qrupu yaratmağı təklif edirik. NATO bu texniki işçi qrupuna rəhbərlik edə bilər və bu təklif hələ də masadadır”.

Tarix
2020.04.15 / 13:20
Müəllif
Samir Soltanov
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla