Yuxarı

İŞİD girovları edam vaxtı nədən sakit olur? - Şok

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İŞİD girovları edam vaxtı nədən sakit olur? - Şok

İŞİD-dən qaçan terror təşkilatının keçmiş üzvü təşkilatın əsirləri edam etməzdən əvvəl onları dəfələrlə məşq etdirdiyini və öldürüləcəklərini bilmədikləri üçün də videolarda sakit göründüklərini söyləyib.

Axar.az xəbər verir ki, özünü Saleh kimi təqdim edən İŞİD-ın keçmiş üzvü "Skay Nyus" TV-yə verdiyi xüsusi müsahibədə əsirlərin başını kəsən Cihadçı Con ləqəbli Məhəmməd Emvazinin girovlardan birinin başını kəsərkən şəxsən orada olduğunu iddia edərək Emvazinin təşkilat içində vəzifəsinin xarici əsirləri öldürmək olduğunu söyləyib.

İŞİD-çi yapon əsir Kenci Qoto edam edilərkən də orada olub. Onun təşkilatdakı vəzifəsi isə xarici əsirləri təhlükəsizlikləri ilə bağlı əmin etmək imiş. Saleh əsirlərin həqiqətən öldürülmədən öncə dəfələrlə saxta edama məruz qaldıqlarını, buna görə də video görüntülərdə sakit dayana bildiklərini söyləyib.

Saleh əsirləri onları orada qonaq kimi saxladıqlarına inandırırmış: "Məndən əsirlərə "problem yoxdur, sadəcə video çəkirik, sizi öldürməyəcəyik. Bu videodan hökumətinizin Suriyaya hücum etməsini dayandırmaq üçün istifadə edəcəyik. Sizinlə heç bir problemimiz yoxdur. Siz bizim qonağımızsınız", - demək tələb olunurdu. Onlara narahat olmamalarını söyləyirdim, amma axırda öldürüləcəklərini bilirdim".

Tarix
2015.03.11 / 12:48
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

Meloni İlham Əliyevə təşəkkür etdi

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Polşa mediası Goranboydakı partlayışdan nə və niyə yazır?

İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

İsveçrəyə yeni səfir təyin edildi

İlham Əliyev onu Niderlanda səfir göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla