Yuxarı

BƏƏ Haftara reaktiv yanacaq göndərdi, ələ keçdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
BƏƏ Haftara reaktiv yanacaq göndərdi, ələ keçdi

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Liviyada Türkiyəyə qarşı səfərbərlik elan edən qiyamçı Xəlifə Haftara 11 ton reaktiv yanacaq göndərdiyi ortaya çıxıb.

Axar.az xəbər verir ki, bu barədə İngiltərənin “Faynənşl Tayms” qəzeti məlumat yayıb.

Bildirilir ki, Liviyada Milli Razılıq Hökuməti ötən ayın sonunda Misurata yaxınlığında əl qoyduqları Liberiya bayraqlı “Gulf Petroleum 4” neft tankerinin arxasındakı şirkətlərlə bağlı araşdırma aparıb.

Araşdırma nəticəsində BƏƏ-yə aid şirkətlərin Haftar ordusunun nəzarətindəki Benqazi şəhərinə 11 ton reaktiv yanacaq göndərdiyi məlum olub.

Məsələ ilə bağlı qəzetə açıqlama verən BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Stefani Uilyams BMT tərəfindən reaktiv yanacağın müharibə vasitəsi kimi qəbul olunduğunu deyib:

“Ölkənin şərqində bu istiqamətdə aparılan daşınma BMT-nin Liviya ilə bağlı silah embarqosu qərarının pozulması deməkdir. Bu şəkildə qeyri-qanuni idxal çox güman ki, Xəlifə Haftara bağlı hava qüvvələrinin istifadə etməsi üçün edilib”.

Tarix
2020.04.21 / 12:09
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla