Yuxarı

Keçmiş erməni nazir gürcülərin gölünü zəbt edib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Keçmiş erməni nazir gürcülərin gölünü zəbt edib

Keçmiş erməni nazir soydaşlarının yaşadığı Gürcüstanın Tabaçkuri kəndindəki gölü faktiki olaraq işğal edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Rezonansı" qəzeti yayıb.

Qəzet məlumatına görə, Tabaçkuri kəndindəki gölü zəbt edən keçmiş ətraf mühitin mühafizəsi nazirinin və hazırkı deputatın adı Vardan Ayvazyandır. Deputat balıqçılıqla məşğul olan yerli əhalinin tək gəlir yeri olan gölə heç kimin girməyinə icazə vermir. Məlumatda bildirilir ki, Ayvazyan gölün ətrafında xüsusi mühafizəçilər də yerləşdirib.

Əlavə edək ki, 2010-cu ildən gölü ələ keçirən Ayvazyan bunun üçün Tiflisə 1832 lari pul ödəyib.

Ayvazyan həmçinin Tabaçkuridəki göldə 13 balıq növünü məhv edib. Belə ki, Sevan (Göyçə gölündən) 80 ton xərçəng gətirən deputatın onları buraya buraxması həmin balıq növlərinin məhvinə səbəb olub.

Eks nazir bu gölü dostu, Gürcüstanın keçmiş Daxili İşlər naziri Vano Merabaşvili vasitəsi ilə əldə edib. Yerli sakinlərin Tiflisə müraciəti hazırkı günün özündə belə nəticə vermir. Əksinə, ölkə rəhbərliyi Ayvazyanın bu gölü qanuni yolla ələ keçirdiyini bildirirlər.

Qeyd edək ki, Tabaçkuri kəndi ermənilərin kompakt şəkildə məskunlaşdığı Samsxe Cavaxetiya bölgəsində yerləşir.

Tarix
2015.03.17 / 01:28
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Almaniya "Nardaran ssenarisi" ilə üzləşir - İranın “dini kanton” planı

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla