Yuxarı

İspaniya da rüşvət əməliyyatına başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İspaniya da rüşvət əməliyyatına başladı

Son günlər Türkiyədə aparılan "Rüşvət əməliyyatı" İspaniyaya da sıçrayıb.

"Axar.az"ın əldə etdiyi məlumata görə, İspaniya polisi iqtidarda olan Xalq partiyasının mərkəzi binasına basqın edib. Polis binada 2005-2011-ci illərədə aparılan təmir işləri zamanı qanunsuz ödəmələrin aparılması ilə bağlı dəlil axtarıb.

Təmiri həyata keçirən memar Qonzalo Urquijoya partiyanın əldə etdiyi "çirkli pul"lardan 888 min avro ödənildiyi iddiası irəli sürülür. Aparılan araşdırma ilə bağlı hər hansı dəlilin ələ keçirilib-keçirilmədiyi barədə məlumat verilməyib.

Memar Urquijonun ifadəsi alınarkən ondan təmirin aparılması ilə bağlı sənədlər tələb edilib. Ancaq polis istəyinə nail olmayınca partiyanın mərkəzi binasında axtarışlar aparıb.

AB-nin Brüsseldə keçirilən yığıncağında iştirak edən İspaniya Baş naziri Mariano Rajoy ise məhkəmələrin verdiyi qərara mütləq hörmət edilməli olduğunu və partiya nümayəndələrinə lazım olan axtarışların aparılması üçün kömək etmək tapşırığı verildiyini bildirib.

Baş nazir araşdırma ilə bağlı belə deyib: "Məhkəmənin qərarını gözləyirik. Heç bir narahtlığımız yoxdur".

İspaniyada işsizlik artımının getdikcə pik həddə çatması xalqın Rajoya olan inamını itirib. Bu araşdırmaların aparılması isə Baş nazirə böyük zərbə vurub.

"Barcenas" adı verilen dava "El Pais" qəzetinin Xalq Partiyasının keçmiş maliyyə işləri üzrə səlahiyyətlisi Luis Barkenasa aid əl yazısı olan sənədləri nəşr etməsi ilə başlayıb. İddiaya görə, Barkenas partiyaya bağışlanan milyonlarca avronun partiya liderlerinin hesabına keçirilməsində iştirak edib. Baş nazir Rajoy ve diger yüksək vəzifəli məmurlar qanunsuzluq iddialarını rədd edir. İddiaya görə, Barkenasın İsveçrə bankalarında 48 milyon avro pulu var. Luis Barkenas rüşvətdən gələn pullarla gizli fond yaratmaqda təqsirli bilinir.

Tarix
2013.12.21 / 01:02
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Bayramov Tailandın baş naziri ilə görüşdü - Foto

Bakının bəzi ərazilərində qaz olmayacaq

Yoxsulluq və işsizlik 5% səviyyəsinə düşüb - Prezident

İlham Əliyev sessiya iştirakçılarına müraciət etdi

Bakı və İrəvan sülh sazişini Ankarada imzalayacaq?

Ceyhun Bayramov Banqkokda səfərdədir

Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...

Vuçiç İlham Əliyevə zəng etdi

Bakı və İrəvan arasında tezliklə... - Hakan Fidan

İrana hücum Epşteyndən qaçmaq üçün acınacaqlı cəhddir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla