Yuxarı

Yeni təşkilat yaradılır: ÜST ləğv edilir? - Şərh

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni təşkilat yaradılır: ÜST ləğv edilir? - Şərh

Almaniya Səhiyyə naziri Yens Şpanın koronavirus infeksiyasına bənzər böhranlar zamanı qarşılıqlı dəstək üçün Avropa alyansının yaradılmasını təklif etməsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ləğv edilməsinə səbəb olmayacaq. Əksinə, bu təşkilat ÜST-ün Avropadakı yükünü öz üzərinə götürərək köməklik edə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Almaniya Səhiyyə naziri Yens Şpanın koronavirus infeksiyasına bənzər böhranlar zamanı qarşılıqlı dəstək üçün Avropa alyansının yaradılmasını təklifini şərh edərkən deyib. O bildirib ki, Almaniya Səhiyyə naziri Yens Şpanın bu təklifini müsbət qiymətləndirmək olar:

“Çünki koronavirus pandemiyası bir daha sübut etdi ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiyaların qarşısını almaqda acizdir. Xüsusilə pandemiyanın ikinci dalğası ilə bağlı xəbərlərin yayılmasına baxmayaraq, ÜST məsələyə lazımınca diqqət ayıra bilmir. Pandemiya sürətlə yayılır və bütün dünya ölkələri təşkilatdan yardım istəyir. Təşkilat isə bu müraciətlərin hamısını müsbət cavablandırmaq imkanında deyil”.

Q.Hüseynlinin sözlərinə görə, hazırda ÜST-ə inam da azalıb:

“Hətta ABŞ və Braziliya təşkilatdan çıxdıqlarını elan ediblər. İsrail də təşkilatdan çıxacağı ilə bağlı bəyanatlar verir. Hazırda dünya ölkələrinin ÜST-ə inamının azalmasının bir sıra səbəbləri var. Bu təşkilatın yardımından ən çox faydalanan ölkələr kasıb ölkələrdir. Mövcud pandemiya dövründə isə ölkələrin hamısının yardım tələb etməsi təşkilatı çıxılmaz duruma saldı”.

Politoloq deyib ki, ÜST-ün pandemiya dövründə Çinlə əlaqələrinin ortaya çıxması da təşkilatın nüfuzuna ciddi ölçüdə zərər vurub:

“Bu mənada Almaniya Səhiyyə nazirinin belə bir alyansın yaradılması təklifini dəstəkləmək lazımdır. Hazırda Almaniya güclü iqtisadiyyata, inkişaf etmiş səhiyyə sənayesinə sahibdir. Almaniyanın belə bir təşəbbüs irəli sürməsi gələcəkdə digər ölkələrin də diqqətini cəlb edə bilər. Berlinin bu təşəbbüsü reallaşarsa, digər regionlarda da bənzər təkliflərin irəli sürülməsi mümkündür. Bu isə öz növbəsində ÜST-ün yükünü yüngüləşdirə və bir növ, “regional ÜST-lər”in yaranmasına səbəb ola bilər”.

Tarix
2020.06.08 / 16:27
Müəllif
Turan Rzayev
Digər xəbərlər

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla