Yuxarı

Türkiyəyə qarşı donanmanı kim yaradır?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyəyə qarşı donanmanı kim yaradır?

Cənubi Kipr kimi cırtdan bir ölkənin Müdafiə nazirinin Aralıq dənizində donanma yaratmağı təklif etməsi gülünc səslənir. Çünki Türkiyənin Aralıq dənizindəki aktivliyini tənzimləyəcək bir donanma yaradılması Cənubi Kiprin yox, onun arxasındakı Yunanıstanın təklifidir.

Bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Cənubi Kiprin Müdafiə naziri Savvas Angelidisin Türkiyənin Ağ dənizdəki aktivliyini tənzimləyəcək bir donanma yaradılması təklifini şərh edərkən deyib.

O bildirib ki, yunan tərəfinin bu təklifi Avropa Birliyi nizamnaməsinə ziddir:

“Bu məsələ AB-də deyil, NATO-da müzakirə edilməlidir. Yunanıstan yaxşı bilir ki, NATO öz üzv dövlətinə qarşı belə bir təklifə isti baxmayacaq. Ona görə də Afinanın bu cəhdi təşəbbüs konteksindən kənara çıxmayacaq”.

Politoloqun sözlərinə görə, Türkiyənin Şərqi Aralıq dənizində aktivləşməsinin səbəbkarı məhz Yunanıstandır:

“Faktiki olaraq yunanlar Qurtuluş savaşından bəri yatmış türk əjdahasını oyatdılar. Türkiyənin vaxtilə Kiprə qoşun çıxarmasının və bu gün Şərqi Aralıq dənizində aktivləşməsinin başlıca səbəbkarı Afina və adadakı yunan hökumətidir. Bu gün rəsmi Afina və Yunan Kiprinin özünü dünyaya məzlum göstərməsinin heç bir faydası yoxdur. Çünki ötən əsrdə Yunan Kipri adada türklərə zülm edib, qırğınlar törədib. Həmçinin Yunanıstan adalar məsələsini gündəmə gətirib və vaxtaşırı Türkiyəni təhdid edib”.

Q.Hüseynli qeyd edib ki, Yunanıstan və Cənubi Kipri narahat edən əsas məsələ Türkiyənin Liviya ilə əldə etdiyi razılaşmadır:

“Məsələ ondadır ki, Liviya öz qanuni dəniz sərhədlərindən bir hissəsini Türkiyəyə güzəştə gedib. Bu isə faktiki olaraq Cənubi Kiprlə Yunanıstan arasındakı dəniz sərhədinin bağlanması deməkdir. Bunun yunanlılar üçün fəsadları böyükdür. Birincisi, rəsmi Afina adaya istənilən humanitar, hərbi yardım, hətta turistlik səfərlər üçün Ankaradan icazə almalıdır. Bu isə yunanlıların özünə sığışdırmadığı bir haldır. İkincisi, bu müqavilə Yunanıstanın Aralıq dənizindəki müttəfiqləri Misir və İsrail ilə dəniz əlaqələrinin kəsilib, Türkiyənin nəzarətinə keçməsi deməkdir. Üçüncüsü, Türkiyə bu yolla faktiki olaraq Kipr adasını blokadaya almış oldu. Bundan əlavə, Türkiyə Şərqi Aralıq dənizində rahat şəkildə təbii yanacaqların axtarışına çıxa biləcək”.

Qeyd edək ki, Cənubi Kiprin Müdafiə naziri Savvas Angelidis belə bir donanmanın yaradılması üçün Yunanıstan, Fransa, İtaliya, Misir və İsrail kimi ölkələrlə davamlı müzakirələr apardıqlarını açıqlayıb.

Tarix
2020.06.23 / 14:42
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Düşmən Ordumuzu dayandırmaq üçün, görün, nə edib - Video

Putin İradə Zeynalovaya rütbə verdi

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Diplomatların Cəbrayıl və Zəngilana 20-ci səfəri... - Video

Bakı və London ilk konsulluq məsləhətləşmələri keçirdi

Yaxın zamanda Zəngəzur dəhlizi açılacaq - Səfir

Azərbaycan və ABŞ strateji tərəfdaşlığı nəzərdən keçirir - Hacıyev

Ermənistan MTX-nin hərbi hissəyə basqını... - Nə baş verir?

İlham Əliyev gərginlik keçirən generallara deyir ki...

Nazirin həyat yoldaşı Azərbaycanla danışıqlara qatılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla