Yuxarı

Yoluxmadan ən çox hansı xalq qorxur? - Sorğu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yoluxmadan ən çox hansı xalq qorxur? - Sorğu

Planetimizin əhalisinin əksəriyyəti bu fikirdədir ki, koronavirus təhlükəsi şişirdilməyib.

Axar.az xəbər verir ki, “Romir” holdinq və "Gallup İnternational" tərəfindən aparılan sorğunun nəticələrinə əsasən, aprel ayı ilə müqayisədə koronavirus təhlükəsini şişirdilmiş sayan insanların sayı 33 faizdən 41 faizə yüksəlib. Buna baxmayaraq, təhlükəni şişirdilmiş sayanların sayı mart ayında qeydə alınan göstəricidən (49 faiz) az olub. Respondentlərin əksəriyyəti (54 faiz) əvvəlki kimi təhlükənin ciddiliyinə inanır.

Koronavirus təhlükəsinin şişirdildiyinə ən çox Bosniya və Herseqovinada (66 faiz), Qazaxıstanda (61 faiz), Moldovada və Bolqarıstanda (hər birində 58 faiz), ən az isə Böyük Britaniyada və Cənubi Koreyada (hər birində 15 faiz), həmçinin Yaponiyada (18 faiz) inanırlar.

Sorğunun nəticələri insanların 67 faizinin özlərinin və yaxınlarının sağlamlığından ciddi narahat olduğunu göstərib.

Yoluxmadan ən çox Cənubi Koreyada (86 faiz), Filippində (84 faiz) və Honkonqda (80 faiz), ən az isə Avstriyada (42 faiz), Qazaxıstanda (46 faiz) və Bolqarıstanda (51 faiz) qorxurlar.

Tarix
2020.06.29 / 19:48
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla