Yuxarı

Dünyada koronaya rekord yoluxma qeydə alındı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyada koronaya rekord yoluxma qeydə alındı

Son sutka ərzində dünyada koronavirusa rekord sayda – 196 min 900 yoluxma halı qeydə alınıb. Öncəki gün yoluxanların sayı 175 min 814 nəfər təşkil etmişdi.

Axar.az pandemiyanın statistikasını aparan “Worldometer” saytına istinadla xəbər verir ki, həmçinin iyulun 1-də COVID-19 infeksiyası səbəbindən 4 min 847 nəfər həyatını itirib.

Saytın Bakı vaxtı ilə bu gün saat 13:40-a olan məlumatına əsasən, dünyada koronavirusa yoluxanların sayı 10 milyon 829 min nəfəri, infeksiya səbəbindən ölənlərin sayı isə 519 min nəfəri ötüb. Eyni zamanda, 6 milyon 48 mindən çox xəstə sağalıb.

İndiyə qədər COVİD-19 infeksiyasından sağalanlara nisbətdə ölənlərin sayı 8,03 faiz, aktiv xəstələr arasında vəziyyəti ağır olanların sayı isə 1 faizdir.

Ötən sutka ərzində dünyada ən çox yoluxma halı ABŞ-da qeydə alınıb – 51 min 97 nəfər. Bu, həm də ölkə daxilində qeydə alınan rekord göstəricidir. Beləliklə, Birləşmiş Ştatlarda COVİD-19 infeksiyasına yoluxanların sayı 2 milyon 780 min 152 nəfərə çatıb. Bu göstəriciyə görə sonrakı yerlərdə Braziliya (1 milyon 453 min 369), Rusiya (661 min 165), Hindistan (606 min 647), Böyük Britaniya (313 min 483) və İspaniya (296 min 739) gəlir.

Birləşmiş Ştatlar COVİD-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 130 min 798 nəfər. İlk beşliyə daxil olan Braziliyada 60 min 713, Birləşmiş Krallıqda 43 min 906, İtaliyada 34 min 788, Fransada isə 29 min 861 nəfər koronavirus səbəbindən həyatını itirib.

Tarix
2020.07.02 / 15:11
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov azad olunmuş ərazilərdə - Foto

Sülh heç vaxt təmin olunmur - Papuaşvili

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Overçuk Zəngilanda səfərdədir: Mühüm iclas keçirildi - Foto

Sahibə Qafarova Matviyenko ilə görüşdü: AZAL təyyarəsi...

Simonyanla Qafarova ayaqüstü görüşdü - Foto

Rusiyalı iş adamlarının Qarabağda quruculuqda iştirakı...

Azərbaycan Rusiya ilə sənədlər imzaladı

Ermənistandan 960 dollara nə almışıq? - İrəvan təkzib etdi

Kremldən AZAL təyyarəsi ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla