Yuxarı

"Çin Rusiyanı öz əlaltısı görmək istəyir"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Çin Rusiyanı öz əlaltısı görmək istəyir"

Rusiya heç kəsə etibar etmir və heç kəsi sevmir. Buna görə də öz sərhədlərinin perimetri üzrə müdafiəni gücləndirir. Ancaq Çinlə münasibətlərdə olan etibarsızlığa baxmayaraq, Rusiya münasibətləri qaydaya salmağa çalışır.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert Pavel Felgenhauer bildirib. Rusiya ABŞ-a qarşı ittifaq kimi yaradılan BRİKS birliyinə rəhbərlik etməyi planlaşdırır, ancaq Çin Rusiyanı öz əlaltısı görmək istəyir:

"Biz Çin və Vyetnamla dostluq münasibətləri qurmaq istəyirik. Ancaq Çin hesab edir ki, Rusiya onların dəstəyini istəyirsə, Vyetnamla dostluq əlaqələri qurmamalıdır. Rusiya BRİKS ölkələrinin birləşməsinə bel bağlayır, amma Hindistan və Çin bir-birinə qarşı silahlanır. Hindlilər Çin hücumundan qorxurlar, Moskvada isə bunu anlamırlar və ya anlamaq istəmirlər. Əminəm ki, Çini Sibir və Kamçatka torpaqları maraqlandırmır", - Felgenhauer vurğulayıb.

Qeyd edək ki, BRİKS tərkibində beş ölkə - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasını birləşdirir. Təşkilatın keçən ilki sədrliyi Braziliyada olub. Bu il isə sədrlik Rusiyaya keçib. Təşkilat 2013-cü ildə dünya ticarət dövriyyəsinin 16.1, hərbi xərclərin 10.8%-nə sahiblənib.

Tarix
2015.04.05 / 13:16
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla