Yuxarı

GUAM Rusiyanın addımını pislədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
GUAM Rusiyanın addımını pislədi

"GUAM Rusiya ilə Cənubi Osetiya arasında imzalanan müttəfiqlik və inteqrasiya haqqında müqaviləni pisləyir".

Axar.az xəbər verir ki, bu barədə məlumat təşkilatın rəsmi saytında yerləşdirilib.

Təşkilatın bəyanatında Cənubi Osetiya ilə imzalanmış müqavilənin Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönəldiyi bildirilib:

"Bu müqavilə Gürcüstan ərazilərinin faktiki olaraq anneksiyası deməkdir. Bu, qeyri-qanuni akt beynəlxalq hüququn prinsipləri və normalarının pozulmasıdır. O, heç bir hüquqi qüvvə daşımır. GUAM aktiv şəkildə Gürcüstanın beynəlxalq aləmdə tanınmış ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir".

Qeyd edək ki, Rusiya bu ilin martında Cənubi Osetiya ilə müttəfiqlik və inteqrasiya haqqında müqavilə imzalamışdı. Müqaviləyə əsasən, Rusiya qondarma rejimin müdafiəsini öz üzərinə götürmüş olur.

GUAM təşkilatının 4 üzvü var - Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova. GUAM-a qədər Azərbaycan MDB ölkələrinin Bişkek sammitində Rusiyaya qarşı sanksiyaları pisləyən sənədə imza atmaqdan imtina etmişdi. Onunla eyni sırada Moldova, Gürcüstan və Özbəkistan dayanmışdı.

Tarix
2015.04.10 / 17:21
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla