Yuxarı

Livandan son məlumat: ordu iğtişaşları yatırdı... - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Livandan son məlumat: ordu iğtişaşları yatırdı... - Video

2020.08.08 - 20:46

Beyrutda hökumət əleyhinə keçirilən aksiyada etirazçılar Livan Xarici İşlər Nazirliyinin binasına hücum edib.

Axar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Məlumata görə, aksiya iştirakçıları nazirliyin binasına daxil olub.

Qırmızı Xaç Cəmiyyətinin Livan ofisi Tvitter səhifəsində aksiyalar zamanı təhlükəsizlik qüvvələri ilə toqquşmalarda 110-a yaxın insanın yaralandığını qeyd edib.

Bundan əlavə, etirazçıların parlament binasını da ələ keçirdiyi barədə məlumat yayılıb.

***

Nümayiş zamanı bir təhlükəsizlik işçisi odlu silahla vurularaq öldürülüb.

Bu barədə "Əl-Hadat" telekanalı məlumat yayıb.

Bildirilib ki, daha bir neçə nəfər güllə yarası alıb.

***

MTV kanalının məlumatına görə, aksiya iştirakçıları Livan İqtisadiyyat Nazirliyinə hücum ediblər.

Həmçinin etirazçıların Energetika və Ətraf Mühit Nazirliyinə də hücum etdiyi vurğulanıb.

Aksiya zamanı yaralıların sayının 172-yə çatdığı bildirilib. Onlardan 55 nəfəri xəstəxanaya yerləşdirilib, 117-ə isə yerindəcə tibbi yardım göstərilib.

Livan parlamentinin təhülkəsizlik qüvvələri isə Beyrutdakı aksiya zamanı etirazçılara atəş açılması barədə yayılan məlumatları təkzib edib.

***

Beyrutda keçirilən ehtiraz aksiyası nəticəsində zərərçəkənlərin sayı 230-u keçib.

Bu barədə Livan Qırmızı Xaç Cəmiyyəti məlumat verib.

Məlumata əsasən, aksiya iştirakçıları prezidentin, parlament spikerinin və baş nazirin istefasını tələb edirlər:

"Livan Prezidenti Mişel Aunun, parlament spikeri Nabih Berr və Baş nazir Həsən Diyabın istefasını tələb edirik", - etirazçılardan biri deyib.

***

Etirazçılar nazirliklərin binalarına daxil olaraq sənədləri məhv edib.

Bu məlumatı Əl-Mayadin telekanalı yayıb.

Məlumat verilir ki, nazirlikərə hücum edən etirazçılar ilk növbədə sənədləri məhv edirlər.

***

Avqustun 8-də günorta saatlarında Beyrutda başlayan iğtişaşların qarşısı alınıb.

Livan ordusu nümayişçiləri Xarici İşlər və İqtisadiyyat nazirliklərinin binalarının qarşısından uzaqlaşdırıb. Hazırda paytaxtın Şəhidlər meydanında sabitlik hökm sürür.

Yaşanan toqquşmalar zamanı 490 nəfər yaralanıb.

Tarix
2020.08.09 / 01:09
Müəllif
Nərmin, Xədicə
Digər xəbərlər

İlham Əliyev Estoniyanın XİN rəhbərini qəbul etdi

Baş bankir Ramiz Mehdiyevin ailə bankından danışdı

Azərbaycandan Ermənistana boru kəməri çəkiləcək

Azərbaycan ərazisinin Naxçıvanla birləşməsi... - Əsədov

Prezidentdən Yaqub Eyyubovla bağlı sərəncam

Azərbaycan təyyarəsi İrəvanda!

Türkiyə və Azərbaycanla bağlı bunu etməyə hazırıq - Paşinyan

Rubinyandan Əliyevin açıqlaması haqda: İnqilabdır!

Tiflisdə mühüm tədbir: Əli Əsədov iştirak edir

Əliyev çox mühüm və pozitiv addım atdı - Paşinyan

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla