Yuxarı

Misir Qəzza ilə sərhədi açdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Misir Qəzza ilə sərhədi açdı

Misir Prezidenti Əbdülfəttah Sisi Qəzza ilə sərhəddə yerləşən “Rəfah” sərhəd-keçid məntəqəsinin üç gün müddətinə açılması barədə göstəriş verib.

Axar.az xəbər verir ki, COVİD-19 pandemiyası ilə əlaqədar bu ilin martından bağlanan sərhəd-keçid məntəqəsi beş aydan çoxdur bir-birindən ayrı düşən fələstinli ailələrin qovuşması məqsədi ilə açılıb. Bu gündən başlayaraq avqustun 17-dək onlar Fələstinə və əks istiqamətə hərəkət edə biləcəklər.

Qəzza sektoru ilə həmsərhəd olan Misirin Şimali Sinay vilayətinin qubernatorluğu ölkəyə daxil olan şəxslərin Səhiyyə Nazirliyi ilə birlikdə COVİD-19 testindən keçirilməsi, onların qoruyucu maskalar taxması və sosial məsafəyə riayət etməsinə nəzarət edəcək.

Fələstinin Misirdəki səfiri Diyab əl-Loh öz bəyanatında fələstinli ailələrin qovuşmasına və uzun müddətdir sərhəd bölgəsində onlara sığınacaq verilməsinə görə Prezident Əbdülfəttah Sisiyə təşəkkürünü bildirib.

Tarix
2020.08.13 / 20:13
Müəllif
Axar.az
Digər xəbərlər

20 min manatlıq limitlə bağlı məsələyə yenidən baxılacaq

Prezident və xanımı Bakıda sərgidə... - Foto

Bakı bu məsələdə İrəvanla əməkdaşlıq etməyəcək

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Erməni bacılar Bakıya gəldi - Video

Sərkisyan çıxış edərkən neçə müsəlman lideri zalı tərk edib?

MM Anım Günü ilə əlaqədar Bəyanat qəbul etdi

Milli Məclisin iclası başladı

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla