Yuxarı

Ərdoğan Dərəlidə: Axtarışlar davam edəcək...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan Dərəlidə: Axtarışlar davam edəcək...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Giresun vilayətinin Dərəli rayonunda yerli əhali ilə görüşüb.

Axar.az xəbər verir ki, Türkiyə Prezidenti rayon bələdiyyəsinin önündə əhalinin qarşısında çıxış edib. Avqustun 22-də bölgədə yağan güclü yağışın səbəb olduğu sel, daşqın və torpaq sürüşməsinin yaratdığı fəlakətli durumdan üzüntülərini ifadə edən Rəcəb Tayyib Ərdoğan deyib ki, itkin düşənlərdən son xəbər alınanadək bölgədə axtarış işləri davam edəcək. Təbii fəlakətdən zərər çəkən bölgədə təmizlik və bərpa işlərinə, eləcə də əhaliyə ciddi dəstək göstərilir.

Qeyd edək ki, Giresunda son əlli ildə ilk dəfə müşahidə olunan yağış yağıb. Hesablamalara görə, bir neçə saat ərzində aylıq normadan təxminən 2,5 dəfə artıq miqdarda yağıntı düşüb. Sözügedən təbii fəlakət bölgəsində 172 nəfər təxliyə olunub, 10 nəfər həyatını itirib. Beş nəfərin axtarışı davam etdirilir. Xilasetmə və bərpa işlərinə çox sayda texnika və canlı qüvvə cəlb olunub. Sabit rabitə və elektrikin kəsildiyi və yolların bağlandığı 118 kəndlə əlaqə və kommunikasiya bərpa olunub.

Tarix
2020.08.31 / 20:10
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla