Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
30 Sentyabr 2020


Dünyada yalnız bu ölkələrdə korona yoxdur - Siyahı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində başlayaraq bütün dünyaya yayılan COVİD-19 virusunun hələ də görülmədiyi ölkələr var.

Axar.az Azxeber.com-a istinadən xəbər verir ki, hazırda dünyada cəmi 11 ölkədə koronavirusa yoluxma qeydə alınmayıb.

Həmin 11 ölkədə yoluxmanın olmamasının başlıca səbəbi sərhədlərinin bağlı olmasıdır.

Bu ölkələrin siyahısını təqdim edirik:

Palau - Okeaniya ölkəsidir. Papua Yeni Qvineyanın qonşuluğunda yerləşir. Sakit okeanın şimalındadır. 328 adadan ibarətdir, sahəsi 458 km²-dir. 2013-cü il məlumatına görə, əhalisi 21 min nəfərdir. Paytaxtı Nqerulmud şəhəridir.

Kiribati Respublikası - Sakit okeanda yerləşən ada dövlətidir. Kiribati Respublikası 33 ada və atolldan ibarətdir. Paytaxtı Tarava şəhəridir.

Mikroneziya - Rəsmi adı Mikroneziya Federal Dövlətləridir. Ölkənin paytaxtı Palikirdir. 4 tərəfdən okeanla əhatə olunan ölkə, ümumilikdə 607 adadan ibarətdir. Rəsmi dili ingilis dilidir.

Solomon adaları - Bu ada Hind okeanında yer alır. Ərazisi 28 min 450 km, əhalisi yarım milyonun üzərindədir.

Tonqa Krallığı - Bu ada dövləti monarxiya üsulu ilə idarə edilir. 2006-cı ildə taxta çıxan Kral Tupov V-in 2012-ci ildə vəfatından sonra dövlətin başına Kral George Tupou VI keçib.

Vanuatu - Bu ada ölkəsi Avstaliyanın yaxınlığında yerləşir. Ümumi əhalisi 2,2 min kv/km-dır. Paytaxtı və ən böyük şəhəri Port Viladır.

Marşal Adaları - Sadəcə 181 kvadrat kilometrlik ərazisi olan adada təxmini 70 min insan yaşayır. Paytaxtı Majuro şəhəridir.

Nauro - Bu ada ölkəsi Vatikandan sonra ən az əhaliyə sahib ölkədir. Ərazisi 21 kvadrat kilometr, əhalisi 11 minə yaxındır. Ölkənin paytaxtı Yarən şəhəridir.

Şimali Koreya - KXDR Koreya yarımadasının şimal hissəsində yerləşir. Şimal və şimal-qərbdə Çin, şimal-şərqdə Amonk (Çində Yalu kimi tanınır) və Tümen çayları boyunca Rusiya, cənubda isə Cənubi Koreya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Pxenyandır. Ümumi sahəsi 120,540 kvadrat kilometrdir. Ölkənin rəhbəri Kim Çen İndir. O, ölkəsində koronavirusa yoluxmanın olmadığını deyir.

Türkmənistan - Türkmənistan Mərkəzi Asiyanın cənub-qərb hissəsində yerləşir. Paytaxtı və ən böyük şəhəri Aşqabaddır. Ümumi sahəsi 491,210 kvadrat kilometrdir. Türkmənistan 27 oktyabr 1991-ci ildə SSR-dən müstəqilliyini əldə edib. Türkmənistan həm də Asiyanın ən az məskunlaşan ərazilərindən biridir.

Samoa Cümhiyyəti - Adalardan ibarət bu dövlət Avstraliya və Yeni Zelandiya ilə qonşudur. Paytaxtı Apia şəhəridir.

Siyahıda göstərilən 11 ölkədə koronavirusa yoluxma qeydə alınmayıb. Ancaq ada ölkələrindən fərqli olaraq Türkmənistan və Şimali Koreyanın statistikanı gizlətdiyi haqda da dünya mətbuatında xəbərlər yayılıb.

Tarix
2020.09.16 / 01:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Netanyahu: Beyrutda yeni partlayış baş verə bilər

Baydendən Trampa: Putinin əlaltısı

Qardaşlarımız hansı formada istəsə, elə dəstək olacağıq - AKP

Moskvada koronadan ölənlərin sayı açıqlandı

Gürcüstan ərazisindən hərbi yük daşımalarını qadağan etdi

Putinlə Paşinyan növbəti dəfə danışdı

Rusiya ciddi narahatdır - Lukaşeviç

Küveyt əmiri vəfat etdi

Nikol onlara güvənib hücuma keçdi - Ankaradan baxış

Putin Dağıstana generalı rəhbər gətirir

KULT
<>
Xəbər xətti
 
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla