Yuxarı

“Rusiya Qafqazda yeni Şamillə üz-üzə qalacaq”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Rusiya Qafqazda yeni Şamillə üz-üzə qalacaq”

"İmarət Qafqazın liderinin öldürülməsi Rusiya üçün problemlər yaradacaq".

 

Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq Andrey Yepifançev öz Feysbuk səhifəsində çıxış edib.

 

Onun sözlərinə görə, Rusiya 19-cu əsrdə buraxdığı səhvi yenidən təkrarlayır:

 

"İmarət Qafqazın lideri Əliasxab Kebekovun öldürülməsi bir tərəfdən yaxşıdır, amma başqa bir tərəfdən məsələyə yanaşdıqda ortaya problemlər çıxır. O, ən zəif rəqib idi. Onun hakimiyyəti dövründə "İmarət Qafqaz" parçalanmağa başladı və terror qrupunun üç ən mühüm komandiri İŞİD-in tərkibinə keçdiyini bəyan etdi. Biz zəif rəqibi öldürməklə güclü düşmənə yol açmış olmuruqmu? Rusiya bu cür səhvi 19-cu əsrin birinci yarısında etmişdi. O zaman Yermolov müasir Dağıstan ərazisindəki kiçik xanlıqları məhv edərək, Rusiyanın tərkibində birləşdirdi. Bu, dağlıları yeni təşkilatlanma metodları axtarmağa vadar etdi və həyata Şamil gəldi. Rusiya isə ona 30 il müddətində qalib gələ bilmədi".

 

Qeyd edək ki, dünən Rusiya mətbuatında Əliasxab Kebekovun öldürülməsi haqqında məlumat yayılmışdı.

 

Onu da xatırladaq ki, Əliasxab Kebekov "İmarət Qafqaz"ın eks-lideri Doku Umarovun xələfi hesab edilir.

Tarix
2015.04.21 / 09:40
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla