Yuxarı

Avropadan ermənilərin qanunsuz köçü ilə bağlı açıqlama

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropadan ermənilərin qanunsuz köçü ilə bağlı açıqlama

Avropa Birliyi, prinsip etibarilə, Dağlıq Qarabağ münaqişənin son həllinə zərər verə biləcək demoqrafik və ya digər dəyişikliklərə səbəb olan hər hansı bir qanunsuz məskunlaşma və ya fəaliyyətə dəstək vermir.

Axar.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə sözçüsü Peter Stano Livanda baş verən dəhşətli partlayışdan sonra işğalçı Ermənistan hökumətinin apardığı beynəlxalq hüquq normalarına zidd olan köç siyasəti ilə bağlı açıqlamasında deyib.

“Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı həlli istiqamətində səyləri hər zaman dəstəkləyir və sözügedən məsələ də tərəfimizdən ATƏT-in Minsk Qrupu həmsədrlərinin diqqətinə çatdırıb. Avropa Birliyinin, təəssüf ki, Dağlıq Qarabağa və ətraf ərazilərə çıxışı yoxdur. Buna görə də ATƏT-in Minsk Qurupu ilə daima əlaqədə qalır. Ancaq Avropa Birliyi, prinsip etibarilə, Daglıq Qarabağ münaqişənin son həllinə zərər verə biləcək demoqrafik və ya digər dəyişikliklərə səbəb olan hər hansı bir qanunsuz məskunlaşma və ya fəaliyyətə dəstək vermir. AB bölgədəki vəziyyəti yaxından izləməyə davam edir”, - deyə Stano bildirib.

Bundan başqa, cənab Stanonun sözlərinə görə, AB Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyası sədrinin müavini 22 iyul tarixində Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri ilə telefon danışığı zamanı da hər iki tərəfi gərginliyə səbəb olan hərəkət və ritorikadan çəkinməyə çağırıb. ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında danışıqların sülh yolu ilə həllinə ehtiyac var. ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün danışıqlara rəhbərlik edir və köç məsələsi onların diqqətinə çatdırılıb.

Tarix
2020.09.18 / 01:30
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya liderləri İlham Əliyevi təbrik edir

WUF13 bayraq endirmə mərasimi ilə başa çatdı

WUF13-ün bağlanış mərasimi keçirildi - Video

WUF13: Bakı estafeti bu şəhərə ötürdü

Dünya Bakıdan verilən çağırışı eşitməlidir - Rossbax

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

Bakıda qadınlarla bağlı maraqlı təkliflər

Bayramov Rebeka Qrinspanla görüşdü

Böyük Britaniya səfiri Azərbaycanı tərk edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla