Yuxarı

Çar Rusiyası erməniləri ifşa etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çar Rusiyası erməniləri ifşa etdi

Çar Rusiyası məhkəməsi ermənilərin törətdiyi vəhşilikləri sübut edib. Ermənilərin Türkiyənin türk və kürd kəndlərində törətdiyi vəhşiliklərlə əlaqədar məhkəmə qərarları olub. Bu qərarlarda da ermənilərin cinayətlərinin müharibə ilə bağlı deyil, bir irqə və dinə qarşı qəsdən törədildiyi öz əksini tapıb.

AzərTac xəbər verir ki, bu fikirləri türkiyəli tədqiqatçı Mehmet Perinçek Hollandiyada təşkil olunan "Erməni və rus sənədləri ilə 1915 hadisələri" adlı konfransda çıxış edərkən deyib.

Tədqiqatçı bildirib ki, çar Rusiyasının Qafqaz ordusu komandiri Bolxovitinov 1915-ci il 11 dekabrda, yəni "Ermənilərin köçürülməsi ilə bağlı qanun" qəbul edildikdən sonra bölgədəki vəziyyətlə bağlı rus hərbi qurumları üçün hazırladığı 93 səhifəlik hesabatda erməni quldur dəstələrinin törətdikləri vəhşiliklərdən bəhs edir. "Bu hesabatda bölgədəki müsəlman əhalini sistemli şəkildə məhv etmək üçün ermənilərin hazırladıqları planlar yer alır. Bolxovitinov ermənilərə qarşı qətliamlar haqqında da özünə məlumatlar gəldiyini, buna görə kəndlərə müfəttişlər göndərdiyini, amma nəticədə bu iddiaların tamamilə əsassız olduğunu açıq şəkildə qeyd edir", - deyə o vurğulayıb.

M.Perinçek Birinci Dünya müharibəsi zamanı düşmənlə əlbir olan erməni quldurlarının arxa cəbhədə təxribatlar törətməsinə əngəl olmaq üçün çıxarılan "Köçürülmə qanunu"nun soyqırımı adlandırmağın mümkün olmadığını ifadə edib.

Tədqiqatçı bildirib ki, ermənilər Birinci Dünya müharibəsi zamanı Osmanlıya qarşı çar Rusiyası, İkinci Dünya müharibəsi zamanı isə Sovet İttifaqına qarşı Almaniya ilə əlbir olublar: "Bu hadisələri soyqırımı adlandıran Qərb ölkələri Osmanlı torpaqlarında yaşayan ermənilərin aşağı həyat standartlarını səbəb kimi göstərirlər. Bunlar tamamilə əsassız fikirlərdir. Çünki Osmanlı ənənəsində müsəlman olmayan əhaliyə heç vaxt fərqli şəkildə davranılmayıb".

M.Perinçek Avropa Parlamentinin qərarını və Roma Papasının açıqlamasını tarixi həqiqətlərdən uzaq siyasi bir qərar adlandırıb.

Tarix
2015.04.21 / 23:18
Müəllif
Axar.az
Digər xəbərlər

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

Azərbaycan və BƏƏ-nin hərbi təlimləri başladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla