Yuxarı

Oğru dünyası niyə çökür? – Şok səbəblər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oğru dünyası niyə çökür? – Şok səbəblər

Parçalanma və müəyyən edilmiş qaydalara riayət etmək istəməmək Rusiyada qanuni oğru institutunun deqradasiyasına səbəb oldu.

Axar.az xəbər verir ki, bunu rusiyalı jurnalist, həbsxana mütəxəssisi Aleksandr Sidorov deyib.

Onun sözlərinə görə, oğrular arasında təsir sahələrinin bölünməsi, etnik qrupların yaradılması və on illərdir qurulmuş qaydaların pozulması sistemin çökməsinə təsir etdi.

Sidorov qeyd edib ki, SSRİ dövründə cinayət ierarxiyasının başında olmaq üçün ən mühüm şərt şəxsin həbs cəzasını çəkməsi idi:

“İndi isə bəzilərini çıxmaq şərtilə əksər qanuni oğrular heç vaxt həbs cəzası çəkməyib”.

Bundan əlavə, jurnalist oğru qanununun digər müddəalarını nümunə gətirib. Onun sözlərinə görə, sovet avtoriteti heç vaxt hüquq-mühafizə orqanlarının əməkdaşları və siyasətçilərlə əlaqədə ola bilməzdi. Hazırda əksər qruplaşmaların hər iki tərəfdə tanışları var.

Jurnalist oğru dünyasının qanunlarının pozulması ilə yanaşı, sistemin tənəzzülünün səbəbi kimi konsolidasiyanın olmamasını göstərib.

“Milliyyətə və digər sistemlərə görə müxtəlif qruplara bölünmələr oğru mühitində çoxsaylı qarşıdurmalara səbəb oldu və cinayət dünyasının nümayəndələri arasında tamamilə parçalanma təhlükəsi yarandı”, - Sidorov bildirib.

Tarix
2020.09.23 / 20:36
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

İlham Əliyevə bu məlumatı verdim - Bayraqdar

Kreml Türkiyəni bu cür hədələdi – Nə baş verir?

ABŞ İranda elə yerlərə zərbə endirdi ki...

Zakir Həsənov Səlcuq Bayraqdarı qəbul etdi - Foto

Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab

Türkiyənin "Ay Ulduz"u: Pentaqondan 3 dəfə böyük...

Mustafayev Bayraqdarla hərbi əməkdaşlığı müzakirə etdi

Başkənd məsələsindən imtina edə bilmərik - Paşinyan

TRİPP İran üçün yeni imkanlar açacaq - Paşinyan

Rusiyanın 14 gəmisinə zərbə endirildi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla