Yuxarı

474 şəxsə məxsus qalıqlarda həyati xəsarətlər aşkar edilib...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
474 şəxsə məxsus qalıqlarda həyati xəsarətlər aşkar edilib...

Birinci Qarabağ müharibəsində itkin hesab edilən şəxsiyyəti eyniləşdirilmiş mülki şəxslərdən 15 nəfəri qadın, 2 nəfəri azyaşlı olub.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın ikinci günü çərçivəsində keçirilən panel sessiyada deyib.

Onun sözlərinə görə, Qarabağın işğaldan azad edilmiş ərazilərindən indiyədək Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə ümumilikdə 913 itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları qəbul edilib:

"Laboratoriyalardan keçən sümük qalıqlarına əsasən 474 şəxsə məxsus sümük qalıqları üzərində müxtəlif həyati xəsarətlər (güllə və qəlpə yaralanmalar, küt alətlərlə və s.) aşkar edilib. Skelet qalıqlarının məhkəmə-tibbi müayinələri başa çatdırıldıqdan sonra bu skeletlərin hər birindən bir neçə nahiyədən (xüsusilə də sağlam dişlərdən) olmaqla bioloji nümunələr götürülərək şəxsiyyətin məhkəmə-tibbi identifikasiyası məqsədilə DTX-nin Genetik Araşdırmalar Mərkəzinə göndərilir".

Ədalət Həsənov deyib ki, məhkəmə-molekulyar genetik ekspertizanın köməyi ilə Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib:

"İdentifikasiya prosesi başa çatdırıldıqdan sonra sümük qalıqları ailələrə təhvil verilir. 273 şəhidimizin meyiti Dövlət Komissiyasının tövsiyyəsi və iştirakı ilə ailələrə təhvil veriib, milli-dini ənənələrə uyğun dəfn ediliblər. Dəfn edilənlərdən 225 nəfəri hərbçi, 48 nəfəri isə mülki şəxsdir. Şəxsiyyəti eyniləşdirilmiş mülki şəxslərdən 15 nəfəri qadın, 2 nəfəri azyaşlıdır".

Tarix
2026.10.08 / 10:09
Müəllif
Axar.az
Digər xəbərlər

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla