Yuxarı

Bakıda bu otelin fəaliyyəti dayandırıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bu otelin fəaliyyəti dayandırıldı - Video

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən yanğın təhlükəli otelin fəaliyyəti dayandırılıb.

Bu barədə Axar.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Təbriz Xəlilbəyli küçəsi, ev 7 ünvanında fəaliyyət göstərən “Golden Street” otelində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

Belə ki, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək müvafiq akt tərtib edilməyib, habelə ⁠elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, həmçinin mövcud qurğuya lisenziyası olan təşkilat tərəfindən texniki qulluq göstərilməyib, mətbəx otağının daxilində yanğın təhlükəsizliyi qaydalarına zidd olaraq qazla işləyən kombi qurğusu quraşdırılıb, obyektdə döşəmənin üzlənməsində istifadə olunan xalça örtüklərinin yanğın təhlükəsizliyi göstəricilərini təsdiq edən müvafiq sertifikat və uyğunluq sənədləri təqdim edilməyib, obyektdə mövcud olan odsöndürən balonların tərkibi yenisi ilə əvəz olunmayıb və döşəmə səviyyəsindən 1.5 metr hündürlükdə yerləşdirilməyib, obyektdə yanğın təhlükəsizliyinin təmin olunması üçün təlimat və yaddaş kitabçaları işlənib hazırlanmayıb, yanğın zamanı insanların təxliyə edilməsi üçün köçürmə planı tərtib olunmayıb, insanların təxliyəsi üçün “Çıxış” sözü yazılmış işıqlı göstəricilər quraşdırılmayıb, ⁠təxliyə yolları yanğın təhlükəsizliyinin tələblərinə uyğun saxlanılmayıb, ⁠⁠obyekt yanğın su ovuzu ilə təmin olunmayıb. obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Yasamal rayonu, Təbriz Xəlilbəyli küçəsi, ev 7 ünvanında fəaliyyət göstərən “Golden Street” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Tarix
2026.10.08 / 10:20
Müəllif
Axar.az
Digər xəbərlər

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla