Yuxarı

Erməni lider: “Bu ittihamlar Türkiyəyə haqsızlıqdır”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni lider: “Bu ittihamlar Türkiyəyə haqsızlıqdır”

"Rəcəb Tayyib Ərdoğanın baş nazirliyi dövründə Türkiyədəki milli azlıqlara qeyri-mümkün sayılan hüquqlar verilib".

Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə erməni camaatının sədri Bedros Şirinoğlu çıxış edib. O, 1915-ci il hadisələrini tarixçilərin həll etməli olduğunu bildirib:

"Rəcəb Tayyib Ərdoğanın baş nazirliyi dövründə Türkiyədəki milli azlıqlara qeyri-mümkün sayılan hüquqlar verilib. Bizlərə bu qədər yaxşılıqlar edilib. Türkiyə bu cür ağır ittihamlara layiq deyil. Mən Türkiyə vətəndaşıyam və ölkəmin bütövlüyünü istəyirəm. 1915-ci il hadisələri Osmanlı dövlətinin iki xalqı ermənilər və müsəlman türklər arasında baş verib. O zaman hər iki tərəf də pis niyyətli insanlara, böyük dövlətlərə alət oldu. Bu hələ də davam edir. Əgər müstəqil tarixçilər və iki ölkənin rəsmiləri bir araya gələrsə, bu problemlər qısa zamanda həll ediləcək. Lakin üçüncü tərəf bu məsələyə müdaxilə etməməlidir. Çünki zamanında müdaxilə etdikləri üçün bu hadisələr baş verdi".

Tarix
2015.04.23 / 09:28
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla